Modern.az bildirir ki, bu gün Milli Məclisdə Ombudsman Elmira Süleymanova hesabat verib. Məruzədə o bildirib ki, İnsan hüquqlarının təmin edilməsi sahəsində aşkar edilmiş və narahatlıq doğuran bir çox hallar dövlət orqanları ilə əməkdaşlıqda öz həllini tapıb. Pozulmuş hüquqlar bərpa olunub.
“Ötən il 13 670 müraciət daxil olub”
“Ombudsmanın fəaliyyəti dövründə onun ünvanına ümumilikdə 101, 540, 2013-cü ildə isə 13,670 müraciət daxil olub. Ötən il aparatda o cümlədən regional mərkəzlərdə ümumilikdə 2969 şəxs, o cümlədən, 525 şəxs təkrar olaraq qəbul edilib. Qeyd edilən müraciətlərin 75,8 %-i, şikayətlərdən 24,2%-i isə ərizələrdən ibarət olub. Konstitusiya qanunun tələblərinə müvafiq olaraq şikayətlərin səlahiyyətlərinə aid olmaması, ərizəçinin hüquqlarının pozulduğu gündən bir ildən çox müddət keçməsi, anonim olması, şikayətlə bağlı məhkəmə icraatı getməsi, təkrar təqdim edilmiş şikayətdə yeni məlumatların faktlar və sübutlar olmaması səbəbindən onların 52,4%-nin baxılmasından imtina edilib.
“Siyahını müəyyən etmişik”
Respublikada fəaliyyət göstərən 244 azadlıqdan məhrum edilmə və məhdudlaşdırma yerinin, o cümlədən pentinsiar müəssisələrin, müvəqqəti saxlanılma təcridxanalarının, habelə sosial obyektlərin, ahıllar və əlillər üçün internat evlərinin və pansionatların, psixatiriya xəstəxanalarının siyahısı müəyyən olunub. Bura Daxili İşlər, Ədliyyə, Milli Təhlükəsizlik, Müdafiə, Təhsil, Səhiyyə habelə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin, Dövlət Miqrasiya Xidmətinin, həmçinin rayon icra hakimiyyətlərinin müvafiq müəssisələri daxildir.
“Qeysəriyyə əməliyyatına qarşı ciddi tədbir görülməlidir”
İnsan sağlamlığının təmin olunması, onların yaşadığı ərazilərin müayyinə və müalicə olunması üçün rayon və kəndlərə tibbi kadrların cəlb edilməsi məqsədi ilə dövlət tərəfindən həyata keçirilən həvəsləndirici tədbirlərin tibb işçiləri, xüsusi ilə gənc kadrlar arasında geniş təbliğinə ehtiyac var. Əksər hallarda həyati göstəriş olmadan hamilə qadınlarda qeysəriyyə əməliyyatı aparılması nəticəsdində baş verən uşaq və ana ölümlərini, onların əlil olmasını, körpələrin qüsurla doğulmasını nəzərə alaraq bu əməliyyatın qarşısı alınması üzrə ciddi tədbirlər görülməsi təklif olunur.
“Ötən il polis orqanları ilə əlaqədar 1840 müraciət daxil olub”
Rəsmi məlumata əsasən 52 bələdiyyənin fəaliyyəti inzibati nəzarət icraatı qaydasında araşdırlır və 25 fakt üzrə toplanmış materiallar hüquqqi qiymət verilməsi üçün prokurorluq orqanlarına göndərilib. Ötən il məhkəmə qərarların icra edilməsi ilə bağlı müvəkkilin ünvanımna 697 müraciət daxil olub. Müraciətlərdə məhkəmə qərarların icra edilməməsi, süründürməçiliyə yol verilməsi, icra məmur tərəfindən vətəndaşlarla münasibətdə etik davranış, kobud davranış qaydalarının pozulması kimi hallar öz əksini tapıb. Eyni zamanda ötən il polis orqanları ilə əlaqədar 1840 müraciət daxil olub. Həmin müraciətlər əsasən polis idarələri və şöbələrinin təhqiqat və istintaq bölmələrində ibtidai araşdırmaların qeyri -obyektiv aparılması, müraciət hüququnun pozulıması, polis əməkdaşlarının vətəndaşlarla münasibətdə kobud rəftara yol verilməsi ilə bağlı olub.
Gültəkin Ələsgər