“Zabitlərin evlərində məskunlaşan məcburi köçkünlər çıxarılmalıdır”. Bunu Milli Məclisin bugünkü iclasında deputatı Fərəc Quliyev deyib. Onun sözlərinə görə, Müdafiə Nazirliyinin bir qrup əməkdaşı ona müraciət edib. “Onların sayı olduqca çoxdur. Mənzilə olan ehtiyacları təmin olunmalıdır”.
Modern.az-ın məlumatına görə, deputat dilənçilərlə də bağlı təklif verib. “Yaxşı olar ki, Elmira Süleymanova çıxışlarında bu məsələyə diqqət yetirsin. Dilənçilər üçün xüsusi düşərgələr hazırlanmalıdır. Ehtiyacı olanlar həmin düşərgələrdə yerləşdirilsin. Eyni zamanda uşaqlar və qocalar müvafiq evlərdə yerləşdirilməlidir. Dilənçilikdən sui-istifadə edənlər isə müvafiq qaydada cəzalandırılsınlar. Bu, Bakının simasının dəyişməsinə də müsbət təsir edəcək”.
Modern.az