Modern.az

Şagird yerdəyişməsinin vaxtı uzadıldı

Şagird yerdəyişməsinin vaxtı uzadıldı

19 Avqust 2025, 17:28

Şagirdlərin elektron yerdəyişməsi prosesinin müddəti uzadılıb.

Modern.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumu Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, avqustun 5-dən start verilən 2025–2026-cı tədris ili üzrə şagirdlərin elektron yerdəyişməsi prosesi davam edir. Şagirdlərin elektron yerdəyişməsi prosesinin müddəti 30 avqust saat 18:00-dək uzadılıb.

Valideynlər övladlarının məktəb yerdəyişməsini sy.edu.az portalı üzərindən elektron qaydada həyata keçirə bilərlər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular