Ukraynada yaşayan azərbaycanlılar bu ölkəni Rusiyanın işğalından müdafiə etməyə hazır olduqlarını bəyan ediblər. Modern.az saytı xarici KİV-ə istinadən bildirir ki, bu haqda “Azərbaycanlıların Ukraynadakı birləşmiş diasporu” ictimai təşkilatının rəhbəri Hikmət Cavadov bəyanat verib: “Rusiya hərbçilərinin Krımdakı hərəkəti həqiqi işğaldır və Azərbaycan diasporu Ukrayna xalqı ilə birlikdə ölkənin ərazi bütövlüyünün qorunmasına hazırdır”.
Onun fikrincə, Rusiya Abxaziya və Cənubi Osetiya kimi problemli regionlar yaradır, indi də bunu Krımda həyata keçirmək istəyir: “Düşünürəm ki, bu siyasətin axırı məğlubiyyətlə nəticələnəcək”.
Modern.az