Modern.az

Bahar Muradova: “Polis təcridxanalarında qadın əməkdaşlar da olmalıdır”

Bahar Muradova: “Polis təcridxanalarında qadın əməkdaşlar da olmalıdır”

4 Mart 2014, 15:22

Milli Məclisin sədr müavini Bahar Muradova parlamentin bu günkü iclasında çıxışı zamanı polis İdarələrinin təcridxanalarında qadın əməkdaşlarına ehtiyac olduğunu bildirib. Modern.az bildirir ki, o bununla bağlı qanunun qəbul edilməsini təklif edib. “Bəzi saxlanma yerlərində qadınlara ehtiyac olur. Bura dadın əməkdaşlar cəlb edilsə həm bu sistemdə gender bərabərliyi gözləniləcək, eyni zamanda bir sıra problemlər aradan qaldırılacaq”-deyə B.Muradova bildirib.   Deputat bildirib ki, plenar iclasda müzakirə olunan bir çox qanunların qəbuluna ciddi ehtiyac var.

“Xəstə gənclərin, uşaqların müvafiq təbəqədən və kateqoriyadan olan insanların müalicəsi üçün cəmiyyətin imkanlarını səfərbər etmək üçün təkliflər verənlər xüsusi fondların yaradılmasını istəyirlər. Hesab edirəm ki, həmin fondların yaradılması üçün bu qanunu qəbul edə bilərik. Mən də bu təklifə qoşiluram. Hesdab edirəm ki, yaxın zamanlarda bu məsələni müzakirə edə və gəldiyimiz nəticələri Milli Məclisdə qanuni şəkildə qəbul edə bilərik”.

 

 

Gültəkin Ələsgər

 
Whatsapp
Bizə yazın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...