Modern.az

“Mənə bir alim kimi heç bir ali məktəbdə dərs verilmir” - Etibar Əliyev

“Mənə bir alim kimi heç bir ali məktəbdə dərs verilmir” - Etibar Əliyev

Aktual

20 Avqust 2025, 15:58

Ali məktəblərdə magistratura və doktorantura pilləsində “Elmin fəlsəfəsi” fənninin tədrisi olduqca vacibdir. Mən bu fənnin proqramını tərtib etmişəm.

Modern.az-ın məlumatına görə, bunu sabiq deputat, fəlsəfə doktoru Etibar Əliyev deyib.

O, ali məktəblərdən gileylənib.

“Mənə bir alim kimi heç bir ali məktəbdə dərs verilmir. Ancaq buna baxmayaraq ictimai maraqları üstün tutub həmin fənnin proqramını və dərsliklərini ali məktəblərə təqdim edə bilərəm. Belə bir vacib fənnin tədrisini bacaran alim varsa, buna sevinərəm. Və anındaca proqram və vacib dərslikləri təqdim edərəm.

Təəsüflər olsun ki, əksər ali məktəb rektorları nə kitab oxuyur, nə də yenilikləri qəbul edirlər”, E.Əliyev deyib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım