Modern.az

İrandan Azərbaycana 13 kq narkotik keçirilidi

İrandan Azərbaycana 13 kq narkotik keçirilidi

Aktual

21 Avqust 2025, 10:39

Dövlət sərhədinın ətibarlı mühafizəsinin təmin ədilməsi, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri uğurla davam etdirilir.

Modern.az xəbər verir ki, bu barədə DSX-nin Məbuat Mərkəzi məlumat yayıb.

Bildirilib ki, avqust ayının 17-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Lənkəran" sərhəd dəstəsinin xidməti ərazisində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətinə dövlət sərhədinin pozulması halının qarşısı alınıb.

Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində xidməti ərazidən ümumi çəkisi 13 kiloqram 100 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...