Milli Məclisin plenar iclasında “İnzibati Xətalar Məcəlləyə dəyişikliklərin dilinə etirazlar səslənib. Modern.az xəbər verir ki, millət vəkili Sahib Aliyev qanundakı dil məsələsinə toxunub. “Təklif edirəm ki, qanun layihəsində “kor piyadalar” sözü görmə qabiliyyətini itirmiş sözü ilə əvəz olunsun”.
Deputat başqa məsələlərə də toxunub: “Sürücülər əllərinə nə gəldi avtomobilin şüşəsindən aşağı atırlar. Eurovision Mahnı Müsabiqəsi zamanı taksi sürücüsü avtomobilin arxa şüşəsinə Azərbaycanın bayrağını asır, amma bir neçə metr gedəndən sonra şüşəni açıb zibili çölə tullayır. Yaxınlaşıb bildirdim ki, sən oradan Azərbaycan bayrağını yox, Ermənistan bayrağını assaydın yaxşı olardı”.Millət vəkili Aqil Abbas da qanun layihəsindəki “tormoz” sözünün Azərbaycan sözü ilə əvəz olunmasını təklif edib.
Gültəkin ƏLƏSGƏR