Milli Məclisdə “Ticarət Gəmiçiliyi Məcəlləsində dəyişiklik edilməsi haqqında" Qanun qəbul edilib. Modern.az-ın məlumatına əsasən, İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, Məcəlləyə edilən dəyişiklik texniki xarakterlidir. Yəni qanuna əsasən, dənizçilik sahəsində xidmətlərə və ya hüquqi hərəkətlərə görə berbout-çarter reyestrində qeydiyyata və ya təkrar qeydiyyata alınaraq gəmilərə Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzmək hüququ haqqında müvəqqəti Şəhadətnamənin verilməsi üçün dövlət rüsumu ödənilir.
Modern.az