Modern.az

Bakı metrosunda YENİLİK

Bakı metrosunda YENİLİK

Aktual

21 Avqust 2025, 15:50

Bakı metrosunda qatar cütlərinin sayının artırılması planlaşdırılır.

Modern.az-ın məlumatına görə, hazırda qatar cütlərinin sayı 32-dir, bu sayın 34-ə çatdırılacağı bildirilir.

"Bakı Metropoliteni" QSC-nin sosial media hesabında tezliklə yeniliyin tətbiq ediləcəyi qeyd olunub.

Xatırladaq ki, bu ilin may ayında metroda cütlərin sayı 32-yə çatdırılıb. Bununla da pik saatlarda qatarlararası interval 1 dəqiqə 52 saniyəyə qədər azaldılıb.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama