Modern.az

“Sədərək”də yanğın - Zəhərlənənlərdən 2 nəfərin durumu orta ağırdır

“Sədərək”də yanğın - Zəhərlənənlərdən 2 nəfərin durumu orta ağırdır

Ölkə

24 Avqust 2025, 16:23

“Sədərək” ticarət mərkəzində yanğınla əlaqədar təcili tibbi yardım briqadasına ümumilikdə, 4 nəfərin (kişi cinsli) müraciəti qeydə alınıb.

 

TƏBİB-dən Modern.az-a verilən məlumata görə, onlardan 2 nəfər ilkin tibbi yardımdan sonra Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub.

 

Hər iki şəxsə tüstüdən zəhərlənmə diaqnozu təyin olunub və zəruri tibbi xidmət göstərilib. Vəziyyətləri orta ağır qiymətləndirilir, müalicələri davam etdirilir.

 

Digər 2 nəfərə (kişi cinsli) isə təcili tibbi yardım briqadası tərəfindən yerində tibbi yardım göstərilib.

Sizə yeni x var
Keçid et
Putinin Turan səhvi: Türklərin birləşməsinə mane ola bilmədi