Modern.az

Ukrayna millisi Azərbaycana qarşı bu heyətlə oynayacaq - SİYAHI

Ukrayna millisi Azərbaycana qarşı bu heyətlə oynayacaq - SİYAHI

İdman

26 Avqust 2025, 11:55

Futbol üzrə Ukrayna milli komandasının baş məşqçisi Sergey Rebrov 2026-cı il iyunun 11-dən iyulun 19-dək ABŞ, Meksika və Kanadada keçiriləcək dünya çempionatının seçmə mərhələsinin açılış oyunlarına hazırlaşacaq futbolçuların siyahısını müəyyənləşdirib.

Modern.az xəbər verir ki, Ukrayna Futbol Assosiasiyasının (UAF) məlumatına görə, Ukrayna millisi sentyabrın 5-də Vrotslavda Fransa, sentyabrın 9-da isə Bakıda Azərbaycan yığması ilə qarşılaşacaq.

Ukrayna millisinin məşqçilər korpusu əsas heyətə 25 futbolçu seçib.

Milli komandanın əsas heyəti belədir:

Qapıçılar: Andriy Lunin ("Real" Madrid, İspaniya), Anatoli Trubin ("Benfika", Portuqaliya), Dmitri Riznik ("Şaxtyor" Donetsk).

Müdafiəçilər: İlya Zabarnı ("Paris Sen-Jermen", Fransa), Oleksandr Svatok ("Austin", ABŞ), Valeri Bondar, Nikolay Matviyenko, Yefim Konoplya (hamısı - "Şaxtyor", Donetsk), Taras Mixavko, Oleksandr Tımçik (hər ikisi - "Dinamo" Kiyev), Vitali Mikolenko (“Everton” İngiltərə).

Yarımmüdafiəçilər: Oleksandr Zinçenko (“Arsenal”, İngiltərə), Yeqor Yarmolyuk (“Brentford”, İngiltərə), İvan Kalyujnı (“Metalist”, Xarkov), Nikolay Şaparenko (“Dinamo” Kiyev), Oleq Oçeretko, Georgiy Sudakov, Artem Bondarenko (hamısı – “Şaxtyor”, Donetsk), Aleksey Qutsulyak, Oleksandr Nazarenko (“Polesye”, Jitomir), Viktor Tsqankov (“Jirona”, İspaniya), Oleksandr Zubkov (“Trabzonspor”, Trabzon, Türkiyə).

Hücumçular: Roman Yaremçuk (“Olimpiakos”, Yunanıstan), Artem Dovbik (“Roma”, İtaliya), Vladislav Vanat (“Dinamo” Kiyev).

Ukrayna seçmə mərhələsində D qrupunda çıxış edir. Fransadan başqa, Ukraynanın rəqibləri Azərbaycan və İslandiyadır. Qrup seçmələri noyabrın 16-dək davam edəcək. Dünya çempionatına birbaşa vəsiqə qazanmaq üçün Ukrayna birinci yeri tutmalıdır. Eyni zamanda, Ukrayna ikinci yeri tutsa, 2026-cı ilin yazında DÇ-2026-ya vəsiqə qazanmaq üçün pley-off mini-turnirlərində mübarizə aparacaq.

Bu mini-turnirlərə həmçinin Avropa təsnifat mərhələsinin qrup mərhələsində ikinci yerdən aşağı nəticə göstərən dörd komanda daxil olacaq. Bu komandalar 2024-2025-ci il Liqasında iştirakın nəticələrinə əsasən müəyyənləşəcək. 2026-cı ilin martında keçiriləcək pley-off mini turnirləri bir oyunluq yarımfinal və final oyunlarından ibarət olacaq. 16 iştirakçı dörd pley-off yoluna bölünəcək. Dörd qalib 2026-cı il dünya çempionatına vəsiqə qazanacaq.

2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatı yeni formatda oynanılacaq. Bu turnir tarixdə ən uzunmüddətli turnir olacaq. Final mərhələsində 1998-2022-ci illərdə olduğu kimi 32 yox, 48 komanda iştirak edəcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım