Ermənistanla Azərbaycan arasında əldə olunan razılaşmalar, həmçinin Azərbaycanla ABŞ arasında razılaşma region üçün çox müsbət vəziyyət yaradıb.
Modern.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan "TGRT Haber" kanalına müsahibəsində bildirib.
O qeyd edib ki, Vaşinqton görüşü və razılaşmalarla bağlı Azərbaycan tərəfi Türkiyə ilə məsləhətləşmələr aparıb.
Zəngəzur dəhlizi ilə bağlı Türkiyənin mövqeyinin qarşılıqlı etimada əsaslandığını deyən nazir bu mövzuda Azərbaycanla sıx əməkdaşlığın olduğunu vurğulayıb:
"Hazırda Zəngəzur dəhlizi ilə bağlı konkret heç nə yoxdur. Nə baş verəcəyi, vəziyyətin necə idarə olunacağı məsələlərini tərəflər öz aralarında müzakirə edəcəklər. Bizim tutduğumuz mövqe etimada əsaslanır. Biz azərbaycanlı qardaş və bacılarımıza güvənirik".
Hakan Fidan Ermənistanın Baş naziri Nikol Paşinyanın bu məsələdə son mövqeyini də təqdir edib: "Paşinyanın siyasi riskə getməsi də təqdirəlayiqdir".