Modern.az

Sabahın hava proqnozu: 38 dərəcə isti

Sabahın hava proqnozu: 38 dərəcə isti

Aktual

30 Avqust 2025, 13:12

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz olacaq.

Modern.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin məlumatında bildirilib.

Proqnoza görə, avqustun 31-də Bakıda və Abşeron yarımadasında səhər bəzi yerlərdə zəif duman müşahidə olunacaq. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 21-25° isti, gündüz 31-36° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 30-35 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz olacağı gözlənilir. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 19-23° isti, gündüz 33-38° isti, dağlarda gecə 10-15° isti, gündüz 22-27° isti olacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular