Modern.az

Həkim: “Jurnalist Zülfüqar Rüfətoğlu hələ komadan çıxa bilməyib” - VİDEO

Həkim: “Jurnalist Zülfüqar Rüfətoğlu hələ komadan çıxa bilməyib” - VİDEO

Media

6 Mart 2014, 11:19

“Zülfüqar Rüfətoğlunun vəziyyəti olduğu kimi, hələki ağırdır, komadadır. Bizə gətiriləndə də çox ağır idi. Səhhətində hansı dəyişiklərin olacağı ilə bağlı nəsə demək tezdir. Klinikaya gələndən bir az yaxşılaşıb, amma hələ ki, kritik ağırdır.Tibbi sığortası da yoxdur”.

Bunu Modern.az saytına açıqlamasında “Caspian Hospital”ın həkim anestezioloq-reanimatoloqu Səlimə Səfərova tanınmış jurnalist Zülfüqar Rüfətoğlunun sağlıq durumu barədə danışarkən deyib.

Qeyd edək ki, jurnalist Zülfüqar Rüfətoğlu Londonda yaşayır. Anasının dəfni üçün 10 gün olar Bakıya gəlib. Şəkərinin qalxması, vəziyyətinin ağırlaşması səbəbindən “Caspian Hospital” klinikasına yerləşdirilib. Orada müalicə alır.

Zülfüqar Rüfətoğlu 1958-ci ildə Bakı şəhərində anadan olub. 1975-1980-ci illərdə Azərbaycan Dövlət Xarici Dillər İnstitutunda təhsil alıb,
1984-1993-cü illərdə "Azərbaycan qadını", "Sovet kəndi", "Kommunist", "Xalq qəzeti" və "Azərbaycan" qəzetlərində çalışıb. 1991-ci ildə "Qızıl qələm" mükafatına layiq görülüb. "Kommunist" qəzetinin əlavəsi olan və 1989-cu ildən çıxan "Səhər" qəzetinin yaradıcılarından biri olub. 1993-cü ildə "Röyter" agentliyinin kurslarında təhsil alıb. 1995-ci ildən isə BBC Azərbaycan xidmətində işləyir.
O, tanınmış şair Rüfət Əhmədzadənin oğludur.   



Misranə Həsənzadə
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi