Modern.az

Dünyanın ən böyük 100 silah şirkəti - 5-i Türkiyənindir

Dünyanın ən böyük 100 silah şirkəti - 5-i Türkiyənindir

Dünya

4 Sentyabr 2025, 16:10

Türkiyənin müdafiə şirkətləri 2024-cü ilin sonuna qədər gəlirlərini və qlobal silah bazarında payını artırıb.

Modern.az xəbər verir ki, bu barədə avqustun 4-də Türkiyənin “Star” qəzeti yazıb.

Nəşr diqqəti dünyanın aparıcı ölkələrinin hərbi-sənaye kompleksindəki vəziyyəti əks etdirən nüfuzlu “Defence News Top 100” reytinqinin göstəricilərinə yönəldib.

Reytinqə eyni anda Türkiyənin beş şirkəti daxil edilib ki, onların ümumi mənfəəti il ərzində 28,02% artaraq 10 milyard 723 milyon dollara çatıb.

Türkiyə şirkətləri arasında lider 3 milyard 541 milyon dollar gəlirlə reytinqdə 14-cü yeri tutan ASELSAN olub. TUSAŞ 15-ci, “Roketsan” 24-cü, ASFAT 26-cı, “Makine ve Kimya Endüstrisi” 27-ci yerdə qərarlaşıb.

Eyni zamanda, ASFAT bir il ərzində öz gəlirini iki dəfədən çox artırıb (1,27 milyard dollara qədər). Bu, Avropa şirkətləri arasında ən yüksək göstərici olub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular