Modern.az

“Məşhurların övladları” - Ziyad Səmədzadənin iqtisadçı oğlu

“Məşhurların övladları” - Ziyad Səmədzadənin iqtisadçı oğlu

Qarabağ

6 Mart 2014, 18:18

Azərbaycanda yüksək vəzifələr tutan məmurların, tanınmış simaların övladları ilə bağlı məlumatlar tez-tez media vasitəsilə gündəmə gəlir, kimisi haqda yaxşı sözlər danışılır, kimisi barədə isə əksinə...
Cəmiyyətin bütün təbəqələri kimi, vəzifəli şəxslərin, məşhurların övladları arasında nümunəvi davranışları ilə seçilənlər də var və təbii ki, bunun əksinə olanlar da... Ümumiyyətlə məmurların və məşhurların övladları haqqında bilgilər ictimaiyyətə də həmişə maraqlı gəlib - onlar kimdirlər, harda çalışır, nə işlərlə məşğuldurlar...

Modern.az saytı “Məşhurların övladları” adlı rubrikasında ictimai, siyasi xadimlərin, mədəniyyət, ədəbiyyat, idman və digər sahələrdə tanınmış simaların övladları haqda bilgilərin təqdimatını davam etdirir. 

Budəfəki təqdimatımız Milli Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadənin oğlu Elşad Səmədzadə haqqındadır.

Qeyd edək ki, iqtisadçı alim Ziyad Səmədzadə Milli Elmlər Akademiyasının həqiqi üzvüdür. İqtisad elmləri doktoru, professor Z.Səmədzadə 80-ci illərin sonu-90-cı illərin əvvəlində Dövlət Plan-İqtisad Komitəsinin sədri, Baş nazirin birinci müavini, Ali Sovet sədrinin birinci müavini vəzifələrində işləyib.
Akademik Z.Səmədzadə Azərbaycan İqtisadçılar İttifaqının sədridir. 1999-cu ildə «İqtisadiyyat» adlı qəzet təsis edib və hazırda onu nəşr etdirir.
Z.Səmədzadə 2005-ci ildən bəri Milli Məclisin deputatıdır.
Onun üç övladı var. Böyük qızı Aygün Səmədzadə tanınmış bəstəkardır. Kiçik qızı Aytən Səmədzadə həkim və publisistdir və atasının nəşr etdirdiyi “İqtisadiyyat” qəzetinin baş redaktorudur.

Ziyad Səmədzadənin oğlu Elşad Səmədzadə atasının yolunu davam etdirir, o, iqtisad elmləri namizədidir.

Elşad Səmədzadə 1974-cü ildə Bakı şəhərində anadan olub.
1981-ci ildə Bakı şəhərindəki 7 saylı orta məktəbin 1-ci sinfinə gedən E.Səmədzadə 1991-ci ildə həmin məktəbi qızıl medalla bitirərək, Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) Maliyyə-kredit fakültəsinə daxil olub.
1996-cı ildə həmin universiteti fərqlənmə diplomu ilə bitirib.
1996-cı ildə ADİU-nun aspiranturasının əyani şöbəsinə daxil olub.
1999-cu ildə aspiranturanı bitirib.
2000-ci ildə «Bankların idarəetmədə rolu və onun səmərəliliyi problemləri» mövzusunda dissertasiya müdafiə edərək «Maliyyə, pul tədavülü və kredit» ixtisası üzrə iqtisad üzrə fəlsəfə doktoru alimlik dərəjəsi alıb.
2000-ci ildən ADİU-nun «Bank işi» kafedrasının müəllimi işləməyə başlayıb.
20008-ci ildən həmin kafedranın dosenti vəzifəsində çalışır.

2000-2012-ci illərdə Azərbaycan Respublikası Satınalmalar üzrə Dövlət Agentliyinin İş və xidmətlərin satınalmasının tənzimlənməsi və şikayətlərə baxılması şöbəsinin, İqtisadi təhlil və nəzarət şöbəsinin müdiri vəzifələrində çalışıb.

Hazırda ADİU-nun «Bank işi» kafedrasının dosentidir.

Elşad Səmədzadə atasının rəhbərlik etdiyi Azərbaycan İqtisadçılar İttifaqının sədr müavinidir.

A.Qorxmaz

***

Həmçinin oxu:

“Məşhurların övladları” - Tağı Əhmədovun hakim oğlu - Yeni rubrika
//modern.az/articles/49878/1/

“Məşhurların övladları” - Fuad Musayevin diplomat oğlu
//modern.az/articles/49922/1/

“Məşhurların övladları” - Zeynəb Xanlarovanın məmur oğlu
//modern.az/articles/50188/1/

“Məşhurların övladları” - yazıçı Anarın səfir oğlu
//modern.az/articles/50363/1/

“Məşhurların övladları” - Ramiz Rövşənin müəllim oğlu
//modern.az/articles/50575/1/

“Məşhurların övladları” - Oqtay Şirəliyevin bankir oğlu
//modern.az/articles/50894/1/

“Məşhurların övladı” - Misir Mərdanovun filoloq qızı
//modern.az/articles/51132/1/

“Məşhurların övladı” - Əvəz Ələkbərovun maliyyəçi oğlu
//modern.az/articles/51369/1/

“Məşhurların övladları” - Məleykə Abbaszadənin hüquqşünas qızı
//modern.az/articles/52815/1/

Sizə yeni x var
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu