Modern.az

Prezident yeni nazirlik yaratdı, Əli Abbasovu nazir təyin etdi

Prezident yeni nazirlik yaratdı, Əli Abbasovu nazir təyin etdi

7 Mart 2014, 16:59

Prezident İlham Əliyev Əli Abbasovu Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar naziri təyin edib.

Modern.az-ın məlumatına görə, ölkə başçısı martın 7-də bununla bağlı sərəncam imzalayıb.

Qeyd edək ki, Ə. Abbasov rabitə və informasiya texnologiyaları naziri idi.

Prezidentin digər sərəncamı ilə Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi əsasında Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yaradılıb.

Nazirlər Kabinetinə tapşırılıb ki, yeni yaradılmış Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi haqqında Əsasnamənin layihəsini, onun strukturu və işçilərinin say tərkibi barədə təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

Hökumət Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılması ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin aktlarının uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.


Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi