Modern.az

Çətənə kollarının kultivasiyasını təşkil edən qadın saxlanıldı

Çətənə kollarının kultivasiyasını təşkil edən qadın saxlanıldı

Aktual

9 Sentyabr 2025, 11:57

Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan Çinarə Astanova saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Modern.az-a verilən məlumata görə, həmin şəxsdən satış məqsədi ilə qablaşdırılmış 3 kiloqram marixuana, eləcə də kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları aşkarlanaraq götürülüb.

Faktla bağlı Saatlı RPŞ-də cinayət işi başlanılıb. Əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?