Modern.az

Xəzər TV təsisçisindən NURÇU açıqlaması

Xəzər TV təsisçisindən NURÇU açıqlaması

8 Mart 2014, 13:36

 

Son günlər bəzi mətbuat orqanlarında Xəzər TV-nin “nurçu şəbəkəsi”nə aid olması ilə bağlı yayılan xəbərlərə televizyanın təsisçisi Asəf Hacıyev sərt reaksiya verib. Xəzər TV 2007-ci ilin oktyabrında, radionun isə 2008-ci ilin may ayında yarandığını bildirən Asəf Hacıyev istər televiziya, istərsə də radionun təsisçilik hüququnun yalnız ona məxsus olduğunu bildirib.  Modern.az “Azadinform”a istinadən xəbər verir ki, A.Hacıyev  televiziya yaranan zaman “Samanyolu” TV-nin Azərbaycan nümayəndəliyinin texniki avadanlıqlarını dəyəri ödənilməklə aldıqlarını bildirib:
“İşçilərin peşəkarlığını nəzərə alıb əmək müqaviləsi əsasında onların bəzilərini Xəzər TV-də və eyni adlı radioda işə götürdük. Hamı kimi onlar da əmək müqaviləsi ilə çalışır və əmək haqqı alırlar”.
A.Hacıyev əlavə edib ki, yarandığı gündən bu vaxtadək TV-yə və radioya kadrların yerləşdirilməsindən tutmuş, proqram və verilişlərin yayımına qədər şəxsən özü nəzarət edir.   

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü