Modern.az

Məlahət İbrahimqzı: “Tutduğu vəzifədən asılı olmayaraq günahı olanlar barədə tədbirlər görüləcək” - AÇIQLAMA

Məlahət İbrahimqzı: “Tutduğu vəzifədən asılı olmayaraq günahı olanlar barədə tədbirlər görüləcək” - AÇIQLAMA

10 Mart 2014, 01:30

Mill Məclisin deputatı Məlahət İbrahimqızı Azərbaycanda fəaliyyət göstərən Dialoq Avrasiya Platforması ilə bağlılığı barədə yayılan məlumatlara aydınlıq gətirib.

“Bu günlərdə mətbuat səhifəsində Dialoq Avrasiya Platformasının (DAP) redaksiya heyəti üzvləri arasında mənim də adımın olduğu qeyd edilən yazı verilmişdi. Bunu görəndə çox təəccüb etdim. Əslində mətbuata minnətdarlıq edirəm kı, bu məlumatı ilk dəfə idi ki, bildirdi. Elə o saat da DAP-ın koordinatoru Mustafa Saatçıya zəng etdim və buna etirazımı bildirdim. O da mənim iradımı o saat qəbul etdi və adımın sıyahıdan çıxarılacağını bildırdı. Bununla bağlı mətbuata hər hansı bir açıqlama vermek nıyyətındə deyildim, amma mediada bu problemin müzakirəsinin bəzi hallarda obyektiv olmadığını görüb, düşündüm ki, bu fikirlərimi ictimaiyyətlə paylaşım” –deyə Modern.az saytına açıqlamasında Məlahət İbrahimqızı deyib.
Millət vəkili daha sonra bildirib:

Amma bu o demək deyil ki, mən və ya minlərlə dövlət qulluqçuları, məmurlar, zıyalılar, siyasətçilər və sadə vətəndaşlar bu təşkilatın tədbirlərində iştirak etməmişik. Nəinki tədbirlərdə iştirak etmişik, hətta bu teşkilatda çalışanların bir çoxları ilə münasibətlərimiz də var.
Bütövlükdə bu təşkilat bizim cəmiyyətin bir parçası olub və bu gün də belədir. Ötən 20 ildən artıq müddətdə minlərlə azərbaycanlı övladı təhsil ocaqlarını bitirib və bu gün də orada oxuyurlar. Təşkilatla və onun fəaliyyəti ilə bağlı müəyyən qaranlıq məqamlar varsa, bu o demək deyil ki, orada bütün çalışanlar və həm də təhsil alanlar öz dövlətinin, millətinin əleyhinə çıxıb. İndi 37-ci il deyil ki, fürsətdən istifadə edib, minlərlə təmiz niyyətli insanlara ucdan tutma damğalar vurulsun. Çox təəssüf ki, bəzi mətbuat səhifələrində bu problem fərdi maraqlar baxımından müzakirə ediilir.
Həç kəsde şübhə ola bilməz ki, bu gün bizim güclü dövlətimiz var və bu mənada da ölkəmizin kifayət qədər güclü olan hüquq mühafizə orqanları var. Milli təhlükəsizliyimizin xidmətində dayanan dövlət strukturlarımızın tezliklə bu poblemi tam həll edəcəyinə hər kəs əmindir. Kimliyindən, tutduğu vəzifədən asılı olmayaraq günahı varsa, ona uyğun müvafiq tədbirlər görüləcək”.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...