Modern.az

Azərbaycandan rəsmi açıqlama: “Ukraynada 500 minə yaxın azərbaycanlı yaşayır”

Azərbaycandan rəsmi açıqlama: “Ukraynada 500 minə yaxın azərbaycanlı yaşayır”

Ölkə

12 Mart 2014, 09:47

Azərbaycanlılar müxtəlif səbəblərdən xarici ölkələrə gedib orada daimi yaşamaq qərarı verirlər. Diasporla İş üzrə Dövlət Komitəsinin informasiya şöbəsinin müdiri Elşad Miraləmin Modern.az saytına verdiyi  məlumata görə, onlar müxtəlif yerlərdə məskunlaşırlar:  “Bu ölkələr arasında İran, Türkiyə, Rusiya, Ukrayna, ABŞ, Almaniya, İsveç, Hollandiya üstünlük təşkil edir. İranda 30 milyona, Türkiyədə 3 milyona, Rusiyada 2 milyona, Ukraynada 500 minə, ABŞ-da 450 minə yaxın, Almaniyada 100 mindən çox azərbaycanlı yaşayır”.

  Şöbə müdiri bildirib ki, İsveçdə, Hollandiyada və digər Avropa ölkələrində yaşayan azərbaycanlıların əksəriyyəti başqa ölkələrdən köçən azərbaycanlılar olduğundan, onların statistikası ilə bizdə heç bir rəsmi məlumat olmur. Onun sözlərinə görə, xarici ölkələrdə yaşayan azərbaycanlılar müxtəlif sahələrdə çalışır. Almaniyada yaşayanlar daha çox xidmət, Rusiyada daha çox ticarət sahəsində fəaliyyətt göstərir: “Son illərin tendensiyası onu deməyə əsas verir ki, azərbaycanlıların ictimai-siyasi həyatda iştirakının səviyyəsi daha çox artır. Azərbaycanlılar əvvəlki illərlə müqayisədə kütləvi informasiya vasitələrində, ayrı-ayrı qeyri-hökumət təşkilatlardında, tibb sahəsində, müxtəlif universitetlərdə, elmi mərkəzlərdə daha çox təmsil olunur. Hesab edirik ki, bu ,gələcəkdə azərbaycan diasporunun təkmilləşməsinə öz layiqli töhvəsini verəcək”.

Miqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyevin Modern.az saytına bildirdiyinə görə, Azərbaycanda neft-qaz sahəsində Britaniya vətəndaşları, tikinti sahəsində  Türkiyə vətəndaşları üstünlük təşkil edir: “Ümumilikdə isə Nazirlər Kabineti əmək  mühacirləri ilə bağlı kvota müəyyən edir. Bu kvotanın sayı, nəticələri açıqlanmalıdır. Kvotaya əməl olub-olunmaması ilə bağlı hesabatlar hazırlanmalıdır. Belə bir hesabatı isə biz görməmişik”.

 

  Gülşən Raufqızı

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi