Milli Məclisin Aqrar Siyasət və Təbii Ehtiyyatlar, Energetika və Ekologiya Komitələrinin iclasında “Yaşıllıqların mühafizəsi haqqında” ” haqqında qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb. Modern.az xəbər verir ki, qanun insanlaraın sağlamlığı və estetik cəhətdən gözəl mühitdə yaşamaq hüququnu təmin etmək məqsədilə yaşıllıqların mühafizəsi ilə bağlı münasibətləri tənzimləyir. Yeni qanunda yeni meşə massivlərinin salınması, bərpası və meşələrin, parkların mühafizəsi ilə bağlı müddəalar öz əksini tapıb. Qanunda irəli gələn tələblər ilə bağlı Cinayət və İnzibati Xətalar məcəllələrinə də əlavələr olacaq.
Modern.az