Modern.az

Qanun layihəsi parlamentin komitələri arasında gərginlik yaratdı

Qanun layihəsi parlamentin komitələri arasında gərginlik yaratdı

13 Mart 2014, 17:03

Modern.az xəbər verir ki, bu gün Milli Məclisin Aqrar Siyasət və Təbii Ehtiyyatlar, Energetika və Ekologiya Komitələrinin iclasında “Yaşıllıqların mühafizəsi haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb. Millət vəkili Elton Məmmədov Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında qanunun 1998-ci ildə qəbul olunduğunu bildirib. Onun sözlərinə görə, hazırda müzakirə olunan sənəd Aqrar komitədə qəbul olunub. “Eldar İbrahimov qanunvericilik sahəsində böyük təcrübəyə malik olan millət vəkillərindəndir. Amma onu da deyim ki, sənəd bütün parametrləri ilə Energetika və ekologiya komitəsinə aid olan məsələdir”.

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, millət vəkili Eldar İbrahimov həmkarına cavab verərək bildirib ki, əslində sənədin hansı komitəyə aid olmasından söhbət getməməlidir. “Burada sənin, mənim söhbəti yoxdu. Sənəd müzakirəyə çıxarılacaq. Qəbul olunandan sonra Milli Məclisin olacaq. Yəni hər hansı komitənin adına olmayacaq”.  

Daha sonra ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev qanun layihəsi ilə bağlı Elton Məmmədovun qaldırdığı məsələyə münasibət bildirib. O, qeyd edib ki,  "Yaşıllıqların mühafizəsi haqqında”  qanunda bütün məsələlər nəzərə alınıb.

 

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...