Modern.az

Milli Məclisdə hökumətin hesabatı dinlənilir

Milli Məclisdə hökumətin hesabatı dinlənilir

14 Mart 2014, 12:31


Bu gün Milli Məclisinin yaz sessiyasının növbəti plenar iclası keçirilir. Modern.az-ın məlumatına görə, iclası açıq elan edən spiker Oqtay Əsədov bildirib ki, iclasda Nazirlər Kabinetininn 2013-cü il üzrə hesabatı dinləniləcək.

Spiker qeyd edib ki, parlamentə təqdim olunan hesabatda ölkə başçısının həyata keçirtdiyi uğurlu siyasət geniş təhlil olunub, xarici təhdidlərə qarşı güclü müqavimət mexanizmi saxlanılıb.

Daha sonra baş nazir Artur Rasızadə Nazirlər Kabinetinin 2013-cü ildə fəaliyyəti haqqında hesabatı təqdim etməyə başlayıb.

İclasda hökumət üzvləri də iştirak edirlər.

Qeyd edək ki, parlamentin bugünkü iclasında Cinayət Məcəlləsinə və Cinayət-Prosessual məcəllələrinə, o cümlədən "Terrorçuluğa qarşı mübarizə haqqında" qanuna dəyişikliklər də müzakirə olunacaq.

 

Modern.az

   
Sizə yeni x var
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...