Modern.az

Fazil Mustafa: “Hökumət sahibkarlara qarşı diqqətli olmalıdır”

 Fazil Mustafa: “Hökumət sahibkarlara qarşı diqqətli olmalıdır”

14 Mart 2014, 13:05


Bu gün Milli Məclisdə hökumətin ötən ilə dair hesabatı dinlənilib. Modern.az-ın məlumatına görə, dinləmələrdən sonra deputat Fazil Mustafa çıxış edərək bildirib ki, son vaxtlar Azərbaycanda kiçik və orta sahibkarlara qarşı göstərilən münasibətdə hökumət sahibkarlara diqqətlə yanaşmalıdır.

“Bəli, metroda ticarət olmamalıdır. Mən də razıyam ki, metronun çıxışı girişi təmiz və sərbəst olsun. Amma bir yanlış var. Azərbaycanda sahibkarlar adi bir nöqtəni belə, pulsuz əldə etmir. Təmirinə də kifayət qədər pul ödəyir. Bu vəsaiti qeyri-rəsmi ödəyir və bir gün göz açıb görürlər ki, bura sökülməlidir və heç kimin əlində də sənəd yoxdur. Pərakəndə satış yerlərində, “Sədərək”, “Binə” kimi ticarət mərkəzlərində bu kimi problemlər çıxır. Vətəndaş həyatını obyekt üzərində qurur. Bir andaca onu itirir və bütün həyatı dəyişir. Deməyim odur ki, həmin vətəndaşlara bir-iki ay öncədən yerlər ayrılsın. Həmin şəxs dövlətin belində bir yükə çevrilir. Bu şəxslər hökumətdən necə razı qala bilər? Bununla bağlı ciddi proqram işlənib hazırlanmalıdır. Eynilə də “Sovetski”də müəyən tədbirlər görülməlidir. Vətəndaş uzun illər orada yaşayıb. Oralar çox pis vəziyyətdədir. Təbii ki, oralar sökülməlidir. Orada park salınmalı və gözəlləşdirilməlidir. Bunu kim bəyənmir ki? Amma vətəndaş yaşadığı yerdə haqqı çatır ki, onun yaşadığı yerdə kiçik bir ərazini söküb orada ev tikilsin. O, bu ərazidən köçmək istəmir. Onun babası orada yaşayıb, usağı orada məktəbə gedib və orada işləyirlər. Niyə vətəndaşa bu qədər hörmətsiz yanaşılır? Dövlət onsuz da kvadratmetrinə görə ədalətli qiymət təklif edib. Amma elə məsələlər var ki, onlar pulla ölçülmür və həmin dəyərlər qiymətləndirilməyəndə narazılıqlar baş verir. Olmaz ki, həmin ərazidə çoxmərtəbəli binalar da tikilsin!? Orada qalan vətəndaşlar həmin binalara yerləşdirilsin. Adama lap ev də kirayə pulu da verdiniz. Amma insanın daimi yeri olmayanda isə narahatlıq yaradır.

Hesab edirəm ki, hökumətin bunu düzəltməsi lazımıdır. Bundan başqa, Səhiyyə Nazirlinə müraciət edərək bildirib ki, iş yerini dəyişməklə bağlı problemlər yaşanır. Dövlət məmurlarına, və müəyyən kateqoriyalar bunu asanlaşdırılmalıdır. Bu prosesi çətinləşdirərək məmurları dövlətdən narazı salmaq olmaz”, – deyə F. Mustafa qeyd edib.

 

  Gültəkin Ələsgər      
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...