Modern.az

Hadi Rəcəbli hökuməti tənqid etdi: "Prezidentin sərəncamı niyə icra olunmur?"

Hadi Rəcəbli hökuməti tənqid etdi: "Prezidentin sərəncamı niyə icra olunmur?"

14 Mart 2014, 13:11

Milli Məclisin bugünkü iclasında çıxış edən Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bildirib ki, sosial sahədə islahat aparmaq digər sahələrdə aparılan islahatlardan qat-qat çətindir. Modern.az xəbər verir ki, deputat  Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyində də islahatların davam etdiyini bildirib: “Ölkədə təbii artım çoxdur, uşaq ölümünün sayı azalıb. Səhiyyəyə büdcədən ayrılan vəsait 2 milyon manat idisə, indi bu rəqəm 669 milyondur. Buna baxmayaraq, bir məsələyə diqqət yetirmək istəyirəm. Hökumətin bu sahədə işi canlanmalıdır. Mən sevinirəm ki, bu sahəyə  keçmiş deputat həmkarımız Əli Əhmədov rəhbərlik edir. Tibbi sığorta ilə bağlı qanun 1999-cu ildə qəbul olunub. Amma başıbəlalı qanun hələ də icra olunmur. 2007-ci il dekabrın 20-də möhtərəm prezidentimiz sərəncam imzalayıb. Bu sərəncamla bağlı xüsusi agentlik yaranmalı idi. Amma hələ də heç bir iş görülməyib. Nə agentlik yaranıb, nə də hökumətə əsasnamə verilib. Əgər  bu qanun qəbul olunubsa, deməli icra olunmalıdır. Kimdən soruşursan deyir ki, ağır məsələdir. Hansı məsələmiz ağır deyil ki? Məgər yol çəkmək ağır deyil, körpü salmaq ağır deyil? Başqa görülən işlər ağır deyil? Ölkə başçısı bir neçə ildir ki, büdcədən tibbi sığortanın tətbiqinə vəsait ayırır. Hökumət tibbi sığortanın tətbiqinə nail olmalıdır.”

 

  Gültəkin Ələsgər      
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...