Modern.az

Mübariz Qurbanlı: “2013-cü il həm iqtisadi, həm də siyasi baxımdan uğurlu il olub”

Mübariz Qurbanlı: “2013-cü il həm iqtisadi, həm də siyasi baxımdan uğurlu il olub”

14 Mart 2014, 13:23


Milli Məclisin bu gün keçirilən iclasında millət vəkili Mübariz Qurbanlı hökumətin hesabatı ilə bağlı çıxış edib. Modern.az xəbər verir ki, YAP icra katibi müavinin fikrincə, 2013-cü il Azərbaycan üçün uğurlu illərdən biri olub: “Bu ilə siyasi-iqtisadi baxımdan yekun vurmaq istəsək, görərik ki, göstəricilərimiz yüksəkdir. Dünya ölkələrinin iqtisadi inkişafında 2013-cü ildə ümumi daxili məhsul artımına görə Azərbaycan yenə də kifayət qədər önəmli yerlərdən birini tutur. Ötən il ayrı-ayrı bölgələrdə gedən iqtisadi böhran təbii ki, dünya iqtisadi sisteminə təsir göstərdi. Bütün bunlara baxmayaraq, Azərbaycan hökumətinin və rəhbərliyinin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycanın büdcəsində nəzərdə tutduğumuz heç bir sahə ilə bağlı geriləmə baş verməyib. Xüsusilə geniş quruculuq-abadlıq işləri aparılıb. Bütün bunlar əhalinin rifah halının yaxşılaşmasına səbəb olub. Siyasi baxımdan 2013-cü il uğurlu oldu. Prezident seçkilərində YAP-ın namizədi İlham Əliyev Azərbaycan əhalisinin böyük dəstəyini qazandı. Ona görə də 2013-cü illə əlaqədar hökumətin hesabatı yüksək səviyyədə hazırlanıb. Bütünlükdə ölkəmizin sosial-iqtisadi inkişafını özündə əks etdirir”.

        Gültəkin Ələsgər  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...