Modern.az

YAP-çı deputat icra başçılarına irad tutdu: "Dövlətin pulunu havaya sovururlar"

YAP-çı deputat icra başçılarına irad tutdu: "Dövlətin pulunu havaya sovururlar"

14 Mart 2014, 13:41


Milli Məclisin bu gün keçirilən iclasında YAP-çı deputat Siyavuş Novruzov hökumətin fəaliyyətini dəstəkləyib. Modern.az-ın məlumatına görə, o, “Sahil” metrostansiyasındakı Ticarət Mərkəzində baş verən yanğından danışarkən qeyd edib ki, oradakı mağazaların heç biri sığortalanmayıb. “Xarici ölkələrdə hətta təbii fəlakətlər zamanı sığortalanmamış evlərə, mağazalara pul verilmir. Bizdə isə istər Zaqatalada baş verən zəlzələdə, istərsə də Kür kənarında seldən zərər çəkən insanlar yeni evlərlə təmin olunublar. Amma dünyanın heç bir yerində hökumət vətəndaşa ev tikib vermir. İnsanlara başa salmaq lazımdır ki, evini, mağazasını və digər obyektlərini sığorta etdirsin. Digər bir məsələyə də diqqət yetirmək istəyərdim. Kimsə bina tikir, camaatdan pul yığıb qaçır. Camaatda qalır havada. Ümumiyyətlə bu cür halların qarşısını alması üçün hökumət öz səyini göstərməlidir. Yeni tikililərə qaz verilməməsi isə o binaların müəyyən meyarlara cavab verməməsi ilə bağlıdır. Belə binaların tikintisinin qarşısı alınmalıdır”.

Hərbi hissələrlə bağlı təklif irəli sürən deputat qeyd edib ki, ön cəbhədəki zabitlərin maaşı, ezamiyyət xərcləri, uşaqlarının təhsili, xüsusi olaraq diqqət mərkəzində olmalıdır. “Həmin şəxslərin ailələrinin problemləri həll olunmalıdır ki, ön cəbhəyə getməyə can atanların sayı artsın. Bəzi dini qurumların tərkibində başqa dövlətə gedib döyüşən vətəndaşlarımız var. Onlar hansı ağılla gedib döyüşürlər, bunu bilmirəm. Amma dövlət bununla bağlı müəyyən işlər görməlidir. Vətəndaşlar arasında maariflənmə işləri, həmin şəxslərin digər ölkələrə necə keçməsi araşdırılmalıdır”.

Deputat bildirib ki, bir icra başçısı digərini əvəz edəndə köhnə icra başçısının tikdiyi parkı sökür. “Əgər xoşun gəlmirsə sən ondan da yaxşısını tik. Daha niyə sökürsən? Hökumət bu halları da araşdırmalıdır”.

 

 

  Gültəkin Ələsgər    
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...