Modern.az-ın məlumatına görə, Milli Məclisin bugünkü iclasında çıxış edən deputat Zahid Oruc da metropolitendəki mağazaların bağlanmasına münasibət bildirib. “Tağı Əhmədovun rəhbərlik etdiyi qurum əslində vaqonların hərəkət qrafiki ilə məğul idi. Kəbirə Məmmədovanin rəbbərlik etdiyi “Binə” Ticarət Mərkəzində baş verənlər onu göstərir ki, Azərbaycanda ticarət obyektlərinə nəzarət hüquqa əsaslanmalıdır”.
Z. Oruc Mikayıl Cabbarov nazir təyin olunandan təhsildə canlanma müşahidə olunduğunu qeyd edib. “Amma hələ də kişi müəllimlər məktəblərdə çox azdır. Məktəblərdə elə vəziyyət yaratmaq lazımdır ki, kişi müəllimlər ora üz tutsunlar. Universitetlərdə isə ödəniş haqqı çox yüksəkdir. Hər il qəbul zamanı ballar yenə də aşağı salınır. Qarabağı Müdafiə Nazirliyindən öncə Təhsil Nazirliyi azad edəcək”.Deputat banklarda yüksək kreditlərdən şikayətlənib. “Mərkəzi Bankdan deyirlər ki, banklar 15% qazanc əldə edirlər. Buna da nəzarət olunmalıdır”.
Gültəkin Ələsgər