Modern.az

Vahid Əhmədov: “Əsas məsələ yeni iş yerləri və çörəkdir”

Vahid Əhmədov: “Əsas məsələ yeni iş yerləri və çörəkdir”

14 Mart 2014, 14:18


Modern.az xəbər verir ki, Milli Məclisdəki müzakirələrə qatılan deputat Vahid Əhmədov bildirib ki, dünya iqtisadiyyatına inteqrasiya edən bir dövlət kimi ölkənin əsas ixrac potensialı olan neft hasilatının aşağı düşməsini nəzərə alaraq, iqtisadiyyatda əsasən neqativ halların aradan qaldırılmasına, əhalinin nizam-intizamının möhkəmlənməsi üçün ciddi addımlar ataraq struktur islahatlarının aparılmasına nail olmalıyıq.

“Bütün bunları nəzərə alaraq bir neçə məsələyə toxunmaq istəyirəm. 2013-cü il Prezidenti tərəfindən “Sənaye ili” elan edilib. Bununla bərabər tədbirlər planı təsdiqlənib. Qeyri-neft sektorunun əsas qolu olan sənayenin inkişafında müəyyən işlər görülüb. Sumqayıtda, Bakıda texnoparklar yaradılıb. Ötən il qeyri-neft sektorunun inkişafında 10% artım müşahidə olunub. Amma bu gün üçün Azərbaycanda ən ciddi problem işsizlikdir. Regionlarda bir sıra infrastruktur layihələri böyük məbləğlər qoyulmaqla icra olunub. Əhalinin işlə təmin olunmasını təmin edə bilməmişik. Xüsusilə Quba-Xaçmaz iqtisadi zonasında bu məsələ çox ciddi problem olaraq qalır. Düzdür, bir sıra emal müəssisələri var. Amma onların heç biri işləmir. Bir neçə dəfə Milli Məclisin iclasında bunu bildirmişəm. Təəssüf ki, yeni müəssisələr yaradılmır. Kənd yerlərində insanlar işsiz vəziyyətdədir. Azərbaycan hökuməti regionlarda, xüsusilə kənd yerlərində iş yerlərinin aşılmasına daha çox diqqət yetirməlidir. Azərbaycan müharibə şəraitində olan ölkə olduğu üçün, ərzaq təhlükəsizliyinin təmin edilməsi əsas məsələdir. Ölkə başçısının bu məsələyə diqqət yetirməsi göz qarşısındadır. Bununla əlaqədar müxtəlif proqramlar həyata keçirilib. Amma əsas məsələ ölkənin ərzaq buğdası ehtiyatlarının təmin olunmasıdır. Bu gün  özümüzü ərzaq buğdası ilə təmin edə bilmirik. Hətta idxalı ildən-ilə artırırıq”, – deyə deputat qeyd edib.

 

  Gültəkin Ələsgər    
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...