Modern.az

Nazir: “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yeni təyinat olacaq”

Nazir: “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yeni təyinat olacaq”

Ölkə

14 Mart 2014, 14:28

 

“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yeni təyinat olacaq". Modern.az xəbər verir ki, bu barədə nazir Səlim Müslümov jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, nazirlikdə kadr islahatları davam edəcək. “Dünən Dövlət Əmək Müfəttişliyinin rəisi təyin olundu. Hazırda sosial təminat siyasəti şöbəsinin müdiri vəzifəsinə bütün müsahibələrdən keçmiş Səbinə Cəfərovanı təyinatını həyata keçirəcəyik. Təbii ki, bütün standartlara, aparılan islahatlara uyğun gələn şəxslər nazirlikdə müvafiq vəzifələr tutacaqlar. Ölkə başçısının verdiyi tapşırıqlara uyğun islahatların həyata keçirilməsi gerçəkləşəcək. Kadr islahatı proses davam edəcək”.

 

  Gültəkin Ələsgər  
Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi