Modern.az

Səlim Müslümov: “Əmək kitabçalarını elektron informasiya bazası əvəzləyəcək”

Səlim Müslümov: “Əmək kitabçalarını elektron informasiya bazası əvəzləyəcək”

Ölkə

14 Mart 2014, 14:34

Bu ilin sona kimi əmək kitabçaları yavaş-yavaş öz funkisiyasını itirəcəklər. Modern.az xəbər verir ki, bunu jurnalistlərə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib. O bildirib ki, biz artıq elektron qeydiyyat sisteminin proqram təminatını tam işləyib başa çatdırmışıq. “Bu gün bunla bağlı ilk seminar keçiriləcək. Yaxın zamanlarda həmin proqramın geniş səviyyədə ictimaiyyətə təqdimatını keçirəcəyik. Ondan sonra onun birbaşa istifadəyə veriləcək və istismara başlanılacaq. Bu proses tam həyata keçirildikdən sonra əmək kitabçaları özlərində daşıdıqları informasiya görə hər hansı bir funksiyanı yerinə yetirməyəcək. Çünki bütün məlumatlar, hər bir işləyən şəxs barədə elektron informasiya bazasında olacaq”.

Modern.az  

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi