“Bitkiçilik məhsullarının istehsalında yenə də müəyyən problemlər mövcuddur”. Modern.az xəbər verir ki, bunu Milli Məclisin deputatı İlyas İsmayılov bu gün keçirilən iclasda çıxışı zamanı deyib. O bildirib ki, hökumətin 2013-cü ildəki fəaliyyəti haqqında müzakirəyə çıxarılan hesabat ötən ildə ölkənin sosial-iqtisadi imkanlarının xeyli genişlənməsi, əhalinin maddi vəziyyətinin yaxşılaşmasını əks etdirir: “Ötən il hesabatın müzakirəsi zamanı bildirmişdim ki, kənd təsərrüfatına həsr olunan hissədə bir dənə də olsun rəqəm göstərilməyib. Bu ilki hesabatda bu sahəyə 10 səhifə həsr olunub, cədvəllər yer alıb. Ötən ilə nisbətən bu il pambıq istehsalı 20 faiz azalıb. Hökumətin hesabatında bu azalmanın səbəblərini göstərəcək heç bir məlumat yoxdur. Halbuki hesabatda bu cür məsələlər qeyd olunmalıdır”.
Gültəkin ƏLƏSGƏR