“Xalçaçılığa qayıtmalıyıq”. Modern.az xəbər verir ki, bunu Milli Məclisdə hökumətin hesabatı zamanı millət vəkili Yevda Abramov deyib. Onun sözlərinə görə, Quba rayonu üçün spesifik sahə xalçaçılıqdır. “Bir balaca araşdırma apardım. Belə bir nəticə əldə etdim ki, Bakıda xalçaçılıq rayonlardan daha güclü inkişaf edib. Yəni bu gün Bakıda gizli, açıq, müəyyən yollarla xalça toxunur. Amma rayonlarda bu sahəyə diqqət yoxdur. Hətta mən təklif etmişdim ki, xalçanın sərhəddən keçirilməsi asanlaşsın. Bu, yeni bir xalçadır, onun sərhəddə yoxlanılmasına və şəklinin çəkilməsinə ehtiyac yoxdur. Bu sahə Azərbaycanın təsviri sənət nümunəsi kimi dünyaya yayılsın. Xalçaçılığa qayıtmaq lazımdır. Bundan başqa, hökumətdən rayonlarda 100-200 nəfərin işləyə biləcəyi sahələr yaradılmasını gözləyirik. Rayonlarda gənclərin işə cəlb olunması üçün sahələr yoxdur”.
Gültəkin ƏLƏSGƏR