Modern.az

Qüdrət Həsənquliyev: “İTV ikinci AzTV-dir

Qüdrət Həsənquliyev: “İTV ikinci AzTV-dir

14 Mart 2014, 17:34


“AzTV var idisə, İctimai Televiziyaya nə ehtiyac var idi?” Modern.az xəbər verir ki, bunu Milli Məclisdə hökumətin hesabatı zamanı millət vəkili Qüdrət Həsəquliyev belə deyib. “Hesabata nəzərə salanda görürük ki, büdcə gəlirləri 2013-cü ildə 19 milyard 494 milyon olub. Bunun 11 milyard 350 milyonu Neft Fondundan transfer hesabına əmələ gəlib. Qeyri-eft sektoru üzrə cəmi 3 milyard 400 manat büdcəyə vəsait daxil olub. Hesab edirəm ki, bu çox az vəsaitdir. Hər zaman demişəm ki, hökumət Neft Fondu vəsaitlərinin xaricdə vəsaitlərin saxlanılması ölkəmiz üçün təhlükədir”.

Telekanallardan danışan Q. Həsənquliyev bildirib ki, televiziyalarda ciddi maarifləndirmə işi aparılmalıdır. Onun sözlərinə görə, AzTV kanalı var idi, “İctimai” kanalın da AzTV-yə çevrilməsinə ehtiyac yoxdur. Nə mənası var bunun? Heç olmazsa hərdən bir müxalifət nümayəndələri dəvət olunurdu, müxtəlif mövzular müzakirə olunurdu”.

Bəzi universitetlərin özəlləşdirilməsini təklif edən Qüdrət Həsənquliyev bildirib ki, dövlət universitetləri, xüsusilə xüsusi təyinatlı akademiyadan başqa hamısı özəlləşdirilməlidir. “Dövlət bu yükdən qaçmalıdır. Universitetlərin ödədiyi vergilər hesabına orta məktəb müəllimləri maaşları dəfələrlə artırılmalıdır. Ali məktəblərdə soruşaq ki, kim repetitor yanına getmədən ali məktəbə qəbul ola bilər? Barmaqla sayıla biləcək iki-üç tələbə. Amma deyirik ki, orta təhsil pulsuzdur. Əgər pulsuzdursa, valideynlərdən kimsə övladını oxutmaq istəyirsə, niyə repetitorlara pul versin?! Orta məktəb müəllimləri maraqlıdırlar ki, onlar sinifdə deyil, öz evlərində məşğələlər keçsinlər”.

 

 

  Gültəkin ƏLƏSGƏR  
Whatsapp
Bizə yazın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...