Modern.az

Elmira Axundova: “Xəzərboyu ərazi hasarlanmalıdır”

Elmira Axundova: “Xəzərboyu ərazi hasarlanmalıdır”

14 Mart 2014, 17:40


Ötən dəfə Milli Məclisin iclasında millət vəkili Zeynəb Xanlarova Xəzər dənizi boyu hasarların çəkilməsinə irad bildirmişdi. Modern.az-ın məlumatına görə, bu gün millət vəkili Elmira Axundov Zeynəb Xanlarovanın fikirlərinə əks gedərək çimərliklərin hasarlanmasının tərəfdarı olduğunu bildirdi. “İlk olaraq mən də Xəzərboyu hasarlamaların əleyhinə idim. Bu gün bunun tam tərəfdarıyam”, – deyə deputat qeyd edib. “Gəlin Şüvəlan, Buzovna qəsəbələrindəki pulsuz çimərliklərə nəzər salaq. Deyərdim ki, Balaxanıdakı zibilxana oradan daha səliqəli, daha təmizidir. Çimərliklərin bu günə düşməsində təbii ki, özümüz günahkarıq. Amma bizimlə yanaşı dövlət qurumları da məsuliyyət daşıyır. Xəzər rayon İcra Hakimiyyəti, rayon bələdiyyəsi ərazidə təmizləmə işi aparmır. Halbuki pulsuz çimərliklərə bitişik olan ödənişli çimərliklərdə ciddi təmizlik hökm sürür. Bu da suallara cavabdır. Qarşıdan yay gəldiyi üçün ictimai çimərliklərin ətraf ərazilərinin ekoloji problemi gündəmə gəlir. Bütün dövlət qurumları “Təmiz şəhər2 ASC-dən ibrət götürsün. Bu şirkət qısa müddət ərzində Bakı şəhərinin tullantılardan təmizlənməsində əhəmiyyətli işlət görüb”.

 

 

  Gültəkin ƏLƏSGƏR  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...