Modern.az

“Ümid var”, “Üz-üzə” və “Adam içində” verilişləri bağlana bilər-RƏSMİ

“Ümid var”, “Üz-üzə” və “Adam içində” verilişləri bağlana bilər-RƏSMİ

14 Mart 2014, 17:40

Milli Televiziya və Radio Şurasının (MTRŞ) bu gün keçirilən iclasında ANS telekanalında yayımlanan “Adam içində”, “Azad Azərbaycan” telekanalında yayımlanan “Ümid var” və “Space” telekanalında yayımlanan “Üz-üzə” verilişlərində milli-mənəvi dəyərlərə zidd, əxlaq normalarına uyğun olmayan mövzuların müzakirəyə çıxarılması və bununla bağlı süjetlərin yayımlanması müzakirə edilib. Bu haqda MTRŞ-dan  Modern.az-a məlumat verilib. Məlumatda bildirilir ki, sözügedən  verilişlərin yayımlanmasının ictimaiyyət arasında haqlı narazılığa səbəb olur. “İnsanların şəxsi və ailə həyatı ilə bağlı olan, ümumilikdə isə Azərbaycan cəmiyyəti və mənəviyyatı üçün səciyyəvi olmayan bəzi neqativ faktların şişirdilərək təkrar-təkrar gündəmə gətirilməsi yolu ilə şou yaradılması və süni reytinq qazanmaq cəhdlərinin həm qanunvericiliyin tələbinə, həm də əxlaq normalarına zidddir”-deyə açıqlamada qeyd olunur.

Milli Televiziya və Radio Şurası tərəfindən telekanal rəhbərlərinə gələcəkdə proqram siyasətlərini tənzimləyərkən cəmiyyətdə formalaşmış ictimai rəyin nəzərə alınması, bu cür hallara daha həssaslıqla yanaşılması tövsiyə edilib.     

 

 

 

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi