“Bakı yollarında təcili tibbi yardım üçün ayrıca zolaq salınamlıdır”. Modern.az xəbər verir ki, millət vəkili Musa Quliyev Milli Məclisdə belə təkliflə çıxış edib. O, paytaxtda tıxacların olduğunu və çox vaxt təcili tibbi yardım maşınlarının hadisə yerinə vaxtında çatmamasını diqqətə çatdırıb. “Çox vaxt təcili tibbi yardım maşınları tıxacda qalır, çağırılan yerə vaxtında çata bilmir. Belə olan halda isə vaxt itkisi xəstənin həyatı bahasına başa gəlir. Təklif edirəm ki, paytaxtda təcili tbbi yardım maşınları üçün xüsusi zolaq ayrılsın. Düzdür, bəlkə də bu tıxacları daha da artıracaq. Amma ən azından çağırılan yerə vaxtında çatacaq, bir insanın həyatı qurtaracaq”.
Gültəkin Ələsgər