Modern.az

Elgiz Əkbər: “Adam içində” bağlanmayacaq, əksinə, veriliş daha maraqlı olacaq”

Elgiz Əkbər: “Adam içində” bağlanmayacaq, əksinə, veriliş daha maraqlı olacaq”

15 Mart 2014, 13:08

“Milli Televiziya və Radio Şurasının bizə göndərdiyi tövsiyə xarakterli məktubu tamamilə haqlı hesab edirəm”. Bunu Modern.az-a ANS-in “Adam içində” verilişinin aparıcısı Elgiz Əkbər proqramın bağlanacağına dair yayılan şayiələrə aydınlıq gətirərkən deyib: “Bizim verilişimiz bağlanmayacaq. Fəaliyyətmizi yenə də davam etdirəcəyik”.

Aparıcı bildirib ki, bundan sonrakı fəaliyyətlərində  Mili Teleradio Şurasının  bütün tövsiyələri  nəzərə alınacaq:

“Onların dedikləri ilə razılaşırıq. Ümumiyyətlə, Nuşirəvan Məhərrəmli televiziya işini çox gözəl bilən bir insandır, ziyalıdır. Hesab edirəm ki, Azərbaycanda televiziya işini ondan yaxşı bilən ikinci bir mütəxəssis  yoxdur. Onun hər bir tövsiyəsindən faydalanacağıq. Mən şəxsən öz verilişimdə buna əməl edəcəyəm. Düşünürəm ki, bizim fəaliyyətimizlə bağlı hər hansı bir problem olmayacaq. Daha maraqlı, daha çox zövq oxşayan verilişlərlə tamaşaçıların qarşısına çıxacağıq. İnsanları daha çox maarifləndirmək üçün səfərbər olacağıq. Bundan sonra verilişə dəvət olunan ekspertlərimizin seçiminə daha çox diqqət  verəcəyik. Onların daha çox söz sahibi, həm hüquqşunas, həm də dövlət xadimi olmasına önəm ayıracağıq. Düşünürəm ki, bu da insanların hüquqi bilgilərinin artırılmasında daha çox rol oynayacaq”.

 

Gülşən Raufqızı

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi