Modern.az

Qarabağ əlillərinin müavinətləri artırılacaq, övladları pulsuz təhsil alacaq - ÖZƏL

Qarabağ əlillərinin müavinətləri artırılacaq, övladları pulsuz təhsil alacaq - ÖZƏL

Ölkə

15 Mart 2014, 15:03

Yaxın günlərdə Qarabağ müharibəsi əlilləri ilə bağlı yeni dəyişikliklər olacaq. Milli Məclisdən Modern.az saytına verilən məlumata görə, əlillərin müavinətlərinin artırılması ilə bağlı ölkə başçısının müvafiq sərəncam imzalayacağı gözlənilir.
Milli Məclisdən onu da bildiriblər ki, imzalanacaq sərəncamda pensiyaların məbləğində də artımın olmasınəzərdə tutulur. 
 
“Əlillərin müavinətlərinın məbləği kifayət qədər artırılacaq. Hətta artımın 50% olacağını da gözləmək olar. Bundan başqa, Qarabağ müharibəsi əlillərinin övladlarıödənişli əsaslarla ali məktəblərə daxil olacağı təqdirdə, onların təhsil xərclərinin dövlət tərəfindən ödənilməsi də gündəmdədir. Odur ki, yaxın vaxtlarda ölkə başçısının sərəncam verəcəyi gözlənilir”-deyə Milli Məclisdən bildiriblər.

Gültəkin ƏLƏSGƏR       

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi