NASA National Geographic kanalı vasitəsilə bir ilkə imza atıb və kosmonavtlarla birlikdə Yerin orbitində həyata keçirilən yayımı canlı olaraq təqdim edib.
Kosmonavtlar mikro cazibə qüvvəsi olan sahədə aylarla necə yaşadıqlarını, baş aşağı necə yatdıqlarını, necə sabit qaldıqlarını, gigiyenaya necə əməl etdiklərini və hər kəsin ən çox maraqlandığı mövzulardan biri olan ayaqyolu ehtiyaclarını necə qarşıladıqlarını hər kəslə bölüşdülər.
Modern.az saytı olaraq bu möhtəşəm görüntüləri sizə təqdim edirik.
Modern.az