Modern.az

“Heydər Əliyevin qızı kimi belə xoşəgəlməz hallara etiraz edir və qadağa qoyuram”

“Heydər Əliyevin qızı kimi belə xoşəgəlməz hallara etiraz edir və qadağa qoyuram”

Ölkə

18 Mart 2014, 17:17

Londonda «Golden  & Co» şirkəti tərəfindən Azərbaycan oliqarxları üçün xüsusi olaraq hazırlanmış və üzərində mərhum eks-prezident Heydər Əliyevin imzası olan qızıl korpuslu  «iPhone  5S gold limited» telefonlarının istehsalı ilə bağlı ötən gün kütləvi informasiya vasitələrində yayılmış məlumatlara Heydər Əliyevin qızı Sevil Əliyeva münasibət bildirib.

Modern.az “Space” televiziyasına istinadən bildirir ki, S.Əliyeva  bu hadisədən nəinki sevinmədiyini, əksinə  hiddətləndiyini bildirib:

“İnternet saytlarında yayılmış məlumatlara görə, Londonda «Golden  & Co» şirkəti tərəfindən Azərbaycan oliqarxları üçün  atam, ümummilli lider Heydər Əliyevin imzası həkk olunmuş qızıl korpuslu iPhone 5S telefonları buraxılıb. Bu hadisə məni, nəinki sevindirmədi, hətta hiddətləndirdi. Azərbaycan üçün ən mühüm, ən taleyyüklü sənədlərdə olan, ölkənin xilaskarı və qurucusu dahi Heydər Əliyevin imzasının kiminsə cibində və ya çantasında gəzdirdiyi məişət əşyalarının üzərində olmasını böyük günah hesab edirəm. Mən Heydər Əliyevin qızı kimi  belə xoşəgəlməz hallara kəskin etiraz edir və qadağa qoyuram”.

Modern.az

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi