Modern.az

Canlı efirdə özünü güllələyən jurnalist - HADİSƏ

Canlı efirdə özünü güllələyən jurnalist - HADİSƏ

20 Mart 2014, 13:08

Yəqin ki, heç bir jurnalist rəhbərliyin yersiz tələbləri ucbatından və tamaşaçıları şoka salmağa görə belə bir addım atmaz. Ancaq bu faktdır, jurnalist canlı efirdə tapançadan özünə atəş açıb. Rəhbərliyin yerli-yersiz tələbləri, bu tələblər yerinə yetirilmədikdə isə danlaqlar jurnalisti bu addımı atmağa vadar edib.

Modern.az saytının məlumatına görə, jurnalist Kristin Çabbak “Ey-Bi-Si”nin Florida filialındakı “Kanal 40” televiziyasında fəaliyyətə başlayanda ona kriminal xəbərlərin hazırlanması həvalə edilib. Gündəlik olaraq canlı efirdə oğurluq, soyğunçuluq, qətl və digər cinayət hadisələri haqqında materiallar təqdim etmək məhz Kristin Çabbaka tapşırılıb.

Televiziya rəhbərliyi ümumilikdə onun işindən razı olsa da günü-gündən verilişlə bağlı tələblərini də artırıblar. Belə ki, onların əsas tələbi o olub ki, kriminal xəbərlərdə gedən reportajlar daha qəddar, daha qanlı olmaqla tamaşaçıları şoka salmalıdır.

1974-cü ilin iyul ayında Kristin Çabbak özünəqəsdlə bağlı reportaj hazırlamaq üçün hüquq-mühafizə orqanlarının nüməyəndələri ilə görüşüb. Özünəqəsdin həyata keçirilməsində əsasən hansı silahdan istifadə olunması ilə maraqlanıb. Bu sorğuda reportajla yanaşı jurnalistin öz şəxsi marağı da olub. Kristin Çabbaka məlumat veriblər ki, qəsdlər əsasən 38 kalibrli tapança ilə həyata keçirilir. Elə həmin gün jurnalist belə bir silahı əldə edib.

Növbəti gün kanalın rəhbəri Robert Nelson əməkdaşlarla növbəti yığıncaq keçirib. Bu dəfə də kriminal xəbərlərlə bağlı iradlarını səsləndirərək qeyd edib ki, tamaşaçı bu verilişdə qan görmək istəyir, kriminal reportajlardan qan qoxusu gəlməlidir.

Səhərisi gün 15 iyul 1974-cü ildə, adi iş günlərinin birində Kristin Çabbak öz iş otağında həmişə olduğu kimi efirə hazırlaşıb. Plana əsasən həmin gün canlı yayımda onun studiya qonağı olmayıb, o yalnız tamaşaçıları kriminal xəbərlərlə tanış etməliymiş.

Beləliklə jurnalist canlı efirdən kriminal xəbərləri tamaşaçılara oxumağa başlayıb. Dördüncü xəbər restorandakı qətl hadisəsi ilə bağlı olub. Ancaq bu hadisə ilə bağlı videoçəkiliş olmayıb. Bu məqamda Kristin Çabbak canlı efirdə tamaşaçılara müraciət edib:

- Hörmətli tamaşaçılar, “Kanal 40” televiziyası rəhbərliyinin efirdə qan nümayiş etdirilməsi ilə bağlı apardığı siyasəti nəzərə alaraq siz canlı efirdə canlı qan görəcək ilk tamaşaçılar olacaqsınız.

Müraciətdən sonra Kristin Çabbak tapançanı çıxardaraq sağ qulağından atəş açıb. Baş verən hadisədən şoka düşən efir rejisoru hadisə zamanı efiri saxlaya bilməyib. Tamaşaçılar jurnalistin efirdə özünü necə güllələdiyinin, boyun nahiyəsindən axan qanın şahidi olublar.

Kristin Çabbakı dərhal hospitala çatdırsalar da onun həyatını xilas etmək mümkün olmayıb. 14 saatdan sonra jurnalist tapançadan özü açdığı atəşdən dünyasını dəyişib.

Sonralar kanalın gecə xəbərlərinin rejissoru Rob Smit hadisədən bir gün əvvəl Kristin Çabbak ilə aralarında olan kiçik bir söhbət haqqında danışıb:

- Hadisədən bir gün əvvəl Kristin mənə demişdi ki, tapança almışam, təmiz havaya çıxıb özümü güllələyəcəyəm. Təbii ki, mən bunu zarafat kimi qəbil edib fərqinə varmamışdım.

Verilişin videoçəkilişi istintaqda istifadə edilib qaytarıldıqdan sonra Kristin Çabbakın ailəsi onu efirlərdə nümayiş etdirməyə qadağa qoyub.

İlham Cəmiloğlu

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi