Modern.az

Azər Sarıyev AzərTAc-dakı yeni işindən imtina etdi

Azər Sarıyev AzərTAc-dakı yeni işindən imtina etdi

23 Mart 2014, 22:32

Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və ictimai əlaqələr şöbəsinin sabiq müdiri Azər Sarıyev AzərTAc-ın Türkiyə Respublikasındakı xüsusi müxbiri vəzifəsindən imtina edib. 

Qaynar.info-nun əldə etdiyi məlumata görə, Azər Sarıyev öz xahişi ilə işdən çıxarılıb. Azər Sarıyev məsələ ilə bağlı açıqlama vermək istəməyib. 

AzərTAc-ın baş direktorunun müavini Dağıbəyi İsmayılov isə Azər Sarıyevin işdən çıxmasını təsdiqləyib: "Azər Sarıyev işdən çıxarılmayıb. O, öz xahişi ilə işdən çıxdı. Onunla bağlı problemimiz yox idi. Sadəcə uşaqlarının təhsili və şəraitlə bağlı bu qərarı verdi".   

Virtualaz.orgun əldə etdiyi məlumata görə, A.Sarıyev martın əvvəllərində bir həftə İstanbulda olaraq yeni iş yeri, oradakı şəraitlə tanış olub. Onun virtualaz.org saytının müxbirinə dediyinə görə, Türkiyədə uşaqlarına normal təhsil verəcək məktəb tapmaq problemi yaranıb.

"Həm uşaqların təhsili ilə bağlı üzləşdiyim problemə, həm də digər məsələlərə görə Türkiyədə işləməyi münasib bilmədim və bu işdən könüllü olaraq, öz ərizəmlə imtina etdim" - deyə A.Sarıyev virtualaz.org-a açıqlamasında yayılan xəbərləri təsdiq edib.

Xatırladaq ki, Azər Sarıyev jurnalist fəaliyyətinə “Avrasiya” qəzetində başlayıb. 1998-1999-cu illərdə “Ekspress” qəzetində siyasət və parlament müxbiri işləyib. 

Daha sonra “Palitra” qəzetinin baş redaktor olub (1999-2003). “Millət”, Hürriyyət”, “Kaspi” qəzetləri, “Azadinform” informasiya agentliyi ilə əməkdaşlıq edib.   

2003-cü il avqustun 18-də Mərkəzi Seçki Komissiyasında şöbə müdiri vəzifəsinə gətirilib. Son təyinatadək MSK-da çalışırdı. 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi