Modern.az

İsa Qəmbər: “Ukrayna hadisələrindən sonra Azərbaycan seçim etməlidir” - AÇIQLAMA

İsa Qəmbər: “Ukrayna hadisələrindən sonra Azərbaycan seçim etməlidir” - AÇIQLAMA

Ölkə

25 Mart 2014, 09:43

Müsavat Partiyasının başqanı İsa Qəmbər Rusiyanın Ukraynaya hərbi müdaxiləsi və Azərbaycan məsələsi haqda danışıb. Modern.az xəbər verir ki, İsa Qəmbər bildirib ki, Rusiyanın təcavüzü, Ukrayna ərazisi Krımı işğal və ilhaq etməsi beynəlxalq münasibətlər sisteminə dəhşətli zərbə vurdu.

”Çoxtərəfli və ikitərəfli sazişlər pozuldu. BMT Təhlükəzisli Şurasının gücsüzlüyü bir daha aşkara çıxdı. Ən təhlükəlisi odur ki, hətta böyük dövlətlər arasında imzalanmış sənədlərin də heç bir gerçək təminat yaratmadığı bəlli oldu. Çağdaş siyasətçilər bu gün sadəcə Rusiyanın Ukraynaya təcavüzündən doğan problemlərin həlli ilə deyil, həm də (daha çox) dünyanın yeni təhlükəsizlik düzənini qurmaqla məşğul olacaqlar.
Məhz buna görə bir həftə əvvəl yazmışdım ki, “16 martdan 17 marta keçən gecə "Ən yeni böhran" dövrü başlayır. Hər bir böyük böhran böyük risklər, təhlükələr və eyni zamanda böyük fürsətlər, imkanlar yaradır. Hamı üçün. Və təbii ki, həm də Azərbaycan üçün””-deyə İsa Qəmbər bildidib.

Müsavat başqanının fikrincə, hər bir dövlət bu böyük risklərdən qorunmaq və bu böyük imkanlardan yararlanmaq üçün yeni təhükəsizlik düzənində öz yerini, mövqeyini müəyyənləşdirməlidir.

”Ermənistan artıq bunu etdi, Rusiyanın yanında yer aldı. Ermənistanın bu addımı Ukrayna tərəfdən də, beynəlxaq birlik tərəfindən də qeydə alındı. Bu addım Ermənistana fayda gətirməyəcək, ciddi problemlər yaradacaq. Amma, Ermənistanın seçim imkanı yox həddində idi”.

İsa Qəmbərin fikrincə, Azərbaycanın seçim etmək imkanı var və bunu etmək lazımdır.

”Ümumi olaraq “biz bütün dövlətlərin ərazi bütövlüyünü dəstəkləyirik” demək kifayət deyil. Dəfələrlə dediyimiz kimi, Azərbaycan Avroatlantik inteqarasiya kursunu açıq şəkildə bəyan etməli, bu istiqamətdə konkret rəsmi addımlar atmalı, GUAM üzvü və müttəfiq dövlət olaraq Ukraynanın suverenliyinə, ərazi bütövlüyünə tərəfdar çıxdığını birmənalı şəkildə bildirməlidir. Azərbaycan bunu həm Ukrayna xalqı və Krım tatarlarını nəzərə alaraq, həm də öz köklü maraqlarını, Qarabağ məsələsini nəzərə alaraq etməlidir.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi