Modern.az

“Ən qısa hekayə” müsabiqəsinə qalib necə seçildi? - MARAQLI

“Ən qısa hekayə” müsabiqəsinə qalib necə seçildi? - MARAQLI

25 Mart 2014, 13:25

Sözsüz ki, “Ən qısa hekayə” müsabiqəsinin qalibi olmaq qələm əhlindən kifayət qədər yaradıcılıq imkanları tələb edir. Müsabiqə şərtlərinə uyğun olaraq müəyyən olunmuş kiçik yazı həcmində oxucuya təsir edə biləcək yazıçı təxəyyülününün məhsulunu ortaya qoymaq hər qələm sahibinin yaradıcılıq imkanları daxilində olmur.

Modern.az saytının xəbərinə görə, İngiltərənin populyar jurnallarının birinin elan etdiyi “Ən qısa hekayə” müsabiqəsinin şərtləri isə daha ağır olub. Müsabiqə içtirakçılarına aşağıdakı şərtlərə əməl olunması tövsiyə edilib:

1. Hekayə bir cümlədən ibarət olmalıdır.

2. Şahzadə ifadəsinin işlənməsi mütləqdir.

3. İlahinin, Tanrının, Allahın adı çəkilməlidir.

4. Seks və intim münasibətləri əks etdirən fikir olmalıdır.

5. Ümumi məzmunda sirr və məxfilik yer tapmalıdır.

Müsabiqəyə minlərlə iştirakçı qatılıb. Ancaq təbii ki, qalib bir nəfər olub. Yerli universitetlərin birində təhsil alan 20 yaşlı tələbə müsabiqənin mükafatını qazanıb. O müsabiqənin bütün şərtlərinə əməl edərək ən qısa hekayəni belə yazıb:
“Səhər tezdən Şahzadə həyəcanla qışqırırdı ki, İlahi mən hamiləyəm və kimdən hamilə olduğumu bilmirəm”.

İlham Cəmiloğlu

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi