Modern.az

Putinin qızları haradadır? - Rusiya prezidentinin ailə sirləri - FOTOLAR

Putinin qızları haradadır? - Rusiya prezidentinin ailə sirləri - FOTOLAR

28 Mart 2014, 11:59

Böyük siyasətçilərdən söhbət düşəndə deyirlər ki, onların şəxsi həyatları evdə şüşə arxasında saxlanılır. Amma sadə vətəndaşlar üçün xalqın seçdiklərinin ailə sirləri, onların həyat yoldaşlarının və uşaqlarının kim olduğu həmişə maraqlıdır. Faktiki olaraq Rusiya prezidenti Vladimir Putindən başqa heç kim ailə sirlərini ictimaiyyətdən gizli saxlaya bilmir. Putin öz ailəsi ətrafında elə bir informasiya mühasirəsi yaradıb ki, bunu digər dövlət xadimləri ancaq arzulaya bilərlər.

Onun ailəsi haqda çox az şey məlumdur. Məsələn, heç kim Putinin artıq böyüyən qızlarının boy-buxunları, ümumiyyətlə xarici görünüşləri haqda heç nə bilmir. Əgər Mariya Putina və Yekatirina Putina adında qızları sosial şəbəkələrdə axtarmağa girişsəniz, indiki yaşlarında demək olar heç bir fotoya rast gələ bilməzsiniz. Onlar heç vaxt heç kimə müsahibə də verməyiblər. 

Modern.az saytı xarici KİV-lərin materailları əsasında Rusiya prezidenti Vladimir Putinin ailə sirlərinə işıq salmağa çalışıb. 

Sirlərlə dolu həyat

Vladimir Putinin qızları seçkilərdə səsverməyə getməyəcəklər, ona görə ki, valideynləri seçmirlər.


Sosial şəbəkə folkloru

Putinin rəsmi evliliyindən iki qızı var: Mariya Putina  1985-ci il aprelin 28-də Leninqradda (indiki Sankt-Peterburqda), Yekatirina Putina isə 1986-cı il avqustun 31-də Almaniyanın Drezden şəhərində anadan olub. Qeyd edək ki, həmin vaxt Vladimir Putin “KQB”nin zabiti kimi Almaniyada işləyirdi. Hər iki qıza nənələrinin adını veriblər: Mariya İvanovna Putinanın və Yekatirina Tixonovna Şkrebnevanın şərəfinə. Onlar Piterdəki Petrişyle gimnaziyasında oxuyublar, alman dili üzrə xüsusi dərslər keçiblər. 2 il Moskvadakı Almaniya səfirliyinin nəzdindəki Qaaza adına məktəbə də gedən qızlar təhlükəsizlik baxımından ev şəraitində təhsillərini davam etdirməli olublar. Onlar fitnes və uşu ilə məşğul olublar, ingilis, alman, fransız, Yekatirina isə ayrıca Koreya dilində sərbəst danışırlar. 2003-cü ildə Sankt-Peterburq Universitetinin tələbələri olan Mariya biologiya fakültəsində, Yekatirina isə şərqsünaslıq kafedrasının Uzaq Şərq ölkələri tarixini seçib. O, Uzaq Şərq tarixi və mədəniyyəti ixtisası üzrə şərqsünaslıq magistri dərəcəsini də alıb.

Şayiələrə görə, Putinin kiçik qızı Katerina daim Almaniyanın Münhen şəhərində yaşayır. Qeyri-rəsmi məlumata görə, o 2007-ci ildə naməlum koreyalı ilə dostluq edib və onunla Yaponiyada görüşürmüş. Putinin qızlarının həyatı faktiki olaraq dövlət sirri kimi qorunduğundan müxtəlif məlumatların yayılmasına səbəb olur. Məsələn, 2010-cu il oktyabrın 29-da yayılan informasiyaya görə, Putinin kiçik qızı artıq koreyalıya ərə getməyə hazırlaşır. Nişanlısına gəldikdə, onun 90-cı illərdə Moskvada işləyən Koreyanın səfirinin oğlu olduğu bildirilirdi. Belə bir informasiya da yayılıb ki, Putin əvvəlcə Katerinanın bu seçiminin əleyhinə olub, ancaq koreyalı oğlanın valideynləri qızın valideynləri ilə görüşəndən sonra toya razılıq verilib.

2008-ci ildə internetdə unikal foto peyda olub: hansı ki, Putin və onun həyat yoldaşı ilə yanaşı onların böyük qızları Mariya da var.

Böyük qız Mariyanın rusiyalı oliqarxlardan birinə ərə getdiyi, toy mərasiminin 2005-ci ilin iyun ayında Yunanıstanın Santorin adasında olduğu bildirilir. Məlumatlardan biri də Rusiya prezidentinin hər iki qızının Putinlə dostluq edən İtaliyanın keçmiş baş naziri Silvio Berluskoninin dəvəti ilə tez-tez İtaliyada olduqları ilə bağlıdır.

Putin qızlarını hansı təhlükədən qoruyur?

2010-cu ilin dekabr ayında qızlarının həyatını nəyə görə gizli saxladığı haqda suala Putin cavabında deyib ki, terrorçuların onlara qarşı terror aktı həyata keçirə biləcəyindən qorxur:

“Bilirsiniz, təəssüf ki, terrorizmlə bağlı çoxlu problemimiz var və biz ailə üzvlərimizin, ilk növbədə uşaqlarımızın, qızlarımızın təhlükəsizliyi haqda fikirləşməyə borcluyuq. Onlar normal yaşayırlar, adi həyat tərzi keçirirlər, universitetdə oxuyurlar. Onlar həyatlarından razıdırlar, onların dostları da var – hər şey qaydasındadır. Amma onların cəmiyyət qarşısına çıxması, fikrimcə, lazım deyil, bəli, onlar da bunu istəmirlər”.

Beləliklə, Putin rəsmən təsdiqləyib ki, onun qızları cəmiyyətdən ciddi şəkildə təcrid ediliblər, hətta ciddi mühafizə olunurlar.

Mariyanı Hollandiyada axtaran müxbir

2013-cü ilin aprel ayında Hollandiya KİV-də yayılan informasiyaya görə, Putinin böyük qızı Mariya bu ölkədə - Amsterdamın yaxınlığındakı Vorshotten şəhərində, 33 yaşlı hollandiyalı Yoritton Faassenomla elit evdə yaşayır.

Əgər yerli KİV-də Mariya Putina ilə bağlı bu məlumat yayılmasaydı, bəlkə də çoxları heç vaxt bu kiçik şəhər haqda eşitməyəcəkdi. “Sobesednik”in əməkdaşı bu məlumatın həqiqət olduğunu öyrənmək məqsədilə Vorshottenə yollanıb:
“Yüz dəfə xahiş etmişik, yazmışıq ki, Putin və onun qızı haqda bizdən heç nə soruşmayın!”  - bunu “Leidsch Dagbiad” qəzetinin redaksiyasında Moskvadan gedən müxbirdən bir daha xahiş ediblər. Telefona həyəcanlı cavab verənlər hətta materialın müəllifinin adını çəkməkdən imtina ediblər. Ola bilsin ki, bu informasiyanı tirajlayan qəzet məhkəmədən çəkindiyindən əlavə məlumat vermək istəməyib. Amma yazdıqlarının sübutu üçün həmin evi göstərməyə vəd veriblər. Vorshotena gələn “Sobesednik”in əməkdaşı sonradan yazıb ki, bu, kiçik şəhər olsa da, elə gözəldir ki, ömründə heç yerdə beləsini görməyib. Küçələrdə ikimərtəbəli evlər tikilib. Belə təəssürat yaranır ki, sanki sahibləri kimin evinin daha gözəl olması uğrunda yarışır. Bir sözlə, elə təsəvvür edirsən ki, cənnətə düşmüsən. Burada hər şey çox, hətta olduqca çox gözəldir. 

- Salam, mən Moskvadan gəlmişəm... Deyin, həqiqətdir ki, Rusiya prezidentinin qızı burada yaşayır?

- Putinin? Əlbəttə! Bütün Vershotten bilir ki, o burada öz əri ilə yaşayır. Mən, düzdür, özüm onu görməmişəm... Bəlkə də görmüşəm. Mən, axı onun necə olduğunu bilmirəm. Onun evinin yolunun üstündə olan supermarketə girin, orada çox şey bilirlər.

Supermarketdəki 20 yaşı olan gənc piştaxtanın arxasında dayanıb.

- Putinin qızının xarici görünüşü yadımda qalmayıb, amma o özü bura gəlib - oğlan həyəcanlı tərzdə xəbər verir.

- Nə aldığını xatırlamıram, bu, bir neçə il əvvəl olub. 

Maşa və Katya Putinalar məxfi şəraitdə böyüyüblər. Sizcə, xüsusi xidmət orqanı zabitinin ailəsində daha necə ola bilərdi?  Onun qızlarını televiziyalarda və kütləvi tədbirlərdə heç vaxt göstərməyiblər, ümumiyyətlə, ailə daxilində də sanki qıfıllı yerdə saxlayıblar. 

“Qızlarım hələ balacadırlar”, - bu fikirlə Vladimir Vladimiroviç uşaq mövzusunu “Birinci şəxsdən” kitabında qapadıb. Ancaq zaman keçdi, qızlar böyüdülər, yenə Kremldən onlarla bağlı heç bir informasiya sızmadı.

Putinin qızları atalarının boşanmasını necə qarşılayıblar?


Prezidentin artıq keçmiş xanımı Lyudmila Putinanın Almaniyadan olan bankir rəfiqəsi İren Pitç deyir:

- Mən heç vaxt Katya və Maşa kimi tərbiyəli uşaq görməmişəm. Onlar öz dəyərlərini bilirlər.

- Mən tez-tez Putinlərə qonaq gedirəm və onları qeyri-formal vəziyyətdə görürəm”.

“Vladimir Putin. Hakimiyyətə gedən yol” və “Vladimir Putin. Həyat tarixi” kitablarının müəllifi Oleq Blotski “Sobesednik”ə deyib: “Bir dəfə gec gəldim, Lyudmila Aleksandrovna evdə yox idi. O zəng edib üzr istədi, dedi ki, Maşa Putina, böyük qızı, mənə şam yeməyi versin. Yadımdadır, dedim ki, əgər qızlar yoldaşlıq etməsə, tək yeməyəcəyəm. Nəhayət, heç kimə zəhmət verməmək üçün heç nə hazırlamamaq qərarına gəldik. Maşa Putina çox məşğul idi. Axşam saat on radələri olardı. Ümumiyyətlə, onlar çox şəndirlər, daim zarafat edirlər, gülüşürlər, bir-biri ilə çox mehriban davranırlar”.

Vladimir Putin 30 il birgə yaşadığı həyat yoldaşı Lyudmila Putinadan ötən il boşandıqlarını rəsmən elan etsə də, qızlarının kiminlə qaldığı, bu ayrılığa necə yanaşdıqları da bu günə kimi bəlli deyil.

Kübar həyat sürməyən prezident qızları


Onların haqqında valideynlərindən başqa heç kəs heç nə bilmir. Onlar kübar həyat sürmürlər, özlərini reklam etmirlər. Hətta onların xarici görünüşləri də dövlət sirri kimi saxlanılır. İnternetdəki fotonun altında  “Maşa və Katya Putinalar” yazılsa da, bunlar tamamilə fərqli qızlardır.

1996-cı ildə Putinlər paytaxta köçüblər və qızlar burada da alman dili öyrənməkdən qalmayıblar. Onlar “Moskvadakı alman məktəbinə gediblər. Verdanski prospektindəki məktəbin ətrafı hasarlanıb və videokameralar quraşdırılıb. Burada Rusiyada yaşayan və xüsusi yerlərdə çalışan almanların uşaqları və Rusiya elitasının övladları oxuya bilərlər. Orada təhsilin keyfiyyəti və valideynlərin avtoritetləri ilə fəxr ediblər. Bunu Maşa Putinanın sinif yoldaşlarından biri deyib. Onun sözlərinə görə, Maşa ünsiyyətcil olmayıb: “O, sonradan guya təhlükəsizlik baxımından ev şəraitində təhsil alıb. Ancaq mənim eşitdiyimə görə, onun təhsil almaqla  bağlı problemi də olub. Həqiqətən əgər söhbət təhlükəsizlikdən gedirsə, nəyə görə Maşa 1999-cu ilin payızından, Katya isə yalnız 2000-ci ilin qışından məktəbə gəlməyi dayandırıb? Onları qəbul imtahanlarına isə Novo-Oqaryevoda şəxsi repetitorlar hazırlaşdırıblar. Bir sözlə, oxumaqla bağlı başqa problemlər ola bilərdi”.

Orta məktəb attestatını Maşa 2002-ci ildə, Katya isə 2003-cü ildə alıb. Sankt-Peterburq universitetinə isə hər ikisi 2005-ci ildə qəbul olublar. Buna qədər harada olublar? Ölkədən gediblərmi? Bəs hara? Deyilənə görə Münhendə gizləniblər. Putin isə bəyan edib ki, bu yalandır. Münhendəki Rusiya diasporunda da Putinlər barədə heç nə eşitmədikərini deyiblər. Yalnız yerli rus mədəniyyəti mərkəzində təsdiqləyiblər ki, onlar belə informasiya eşidiblər, ancaq qızları görmək onlara nəsib olmayıb. 

Putinin qızları ərə gediblərmi?

Politoloq Stanislav Belkovskinin sözlərinə görə,  Putinlərin qızlarından birinin Almaniya vətəndaşına ərə getdiyini eşidib. Həmin şəxsin adı vaxtilə Baltiyski qaz kəmərinin tikintisi ilə də bağlı olubmuş. Amma məlum olub ki, bu şirkətin 160 nəfərlik əməkdaşı arasında evlənəcək yaşda gənc yoxdur. Ümumiyyətlə, Putinin qızlarını tez-tez “ərə verirlər”, amma uğurlu alınmır. Məsələn, Maşanın mini-oliqarx Qeorgi Trefilova (sonra biznesmen barəsində axtarış elan olunub, belə güman olunub ki, görünür evlənmək istəməyib), Katyanı isə Seulda koreyalı diplomatın oğluna “veriblər”.

“Rusiya prezidenti Vladimir Putinin qızı Mariyanın avqustun 15-də oğlu dünyaya gəlib”. Bu informasiya 2012-ci ildə Bolqarıstan KİV-də yayılıb. Guya doğuş qeysəriyyə əməliyyatı ilə kerçəkləşib. Bolqar jurnalistlər o vaxt iddia edirdilər ki, Vladimir Putin doğum evinə gələrək qızını övlad dünyaya gətirməsi münasibətilə təbrik də edib. Putinin nəvəsinə hətta Vladimir adının qoyulduğu da iddia edilirdi. Xəbəri yayan Bolqarıstanın btvnews.bg nəşrinin juranalistləri deyirdilər ki, bu informasiyanı rusiyalı həmkarlarından alıblar. Bolqarlar xəbər verirdilər ki, hətta doğuşu həyata keçirən həkimin adını da bilirlər, doğuş isə avqustun 15-də səhər saat 9-da olub. Amma Vladimir Putinin nəvəsinin olması haqda informasiya rəsmən nə təsdiqlənib, nə də təkzib olunub.

Putinin qızlarının şəxsi həyatları ilə bağlı şayiələr bir neçə dəfə peyda olub. Belə ki, 2010-cu ildə Cənubi Koreya KİV-də məlumat peyda olub ki, Katerina Putina koreyalıya-Koreyanın Moskvadakı keçmiş səfirinin oğluna ərə gedir.

Putinin nəvəsinin atası varmı? Heç yerdə xəbər verilməyib ki, nəvənin xoşbəxt atası kimdir.

Putin özü isə əmin edir ki, onun nə nəvəsi, nə də kürəkəni var. 

Putinin nəvəsinin dünyaya gəlməsi istənilən normal ölkədə birinci xəbər olar və babanın reytinqini qaldırardı. Məsələn, Fransanı nümunə götürək, Nikolya Sarkozi prezident olanda uşağının doğulması hesabına onun reytinqi yüksəlmişdi. Hətta fransızların bəziləri zarafatla deyirdilər ki, Karla Bruni qəsdən uşaq doğub ki, ərinin populyarlığını qaldırsın: “Əgər Karla Bruni əkiz uşaq dünyaya gətirsəydi, Sarkozi mütləq seçkiləri udub ikinci müddətə də qalacaqdı”, - fransızlar belə də deyib gülürdülər.





















Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı