Modern.az

Bu gün orta məktəblərdə buraxılış imtahanlarıdır

Bu gün orta məktəblərdə buraxılış imtahanlarıdır

Ölkə

3 İyun 2010, 09:40

st1:*{behavior:url(#ieooui) }

Bu gün respublikanın ümumtəhsil məktəblərində buraxılış imtahanlarına start verilib. Modern.az Təhsil Nazirliyinə istinadla xəbər verir ki, iyunun 3-də 18 rayonun ümumtəhsil məktəblərində orta təhsil pilləsi üzrə (XI sininf) buraxılış imtahanları keçirilib. Bunlar Şəki, Ağdaş, Ağsu, Balakən, Göyçay, İsmayıllı, Oğuz, Qax, Qəbələ, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Şamaxı, Zaqatala və Qobustan rayonlarıdır. XI siniflər üzrə 54 imtahan mərkəzində 16681 şagird imtahan verib. Qeyd olunan bölgələr üzrə ötən tədris illərində attestat ala bilməyən 1874 nəfər XI sinif məzunu da bu gün  18 imtahan mərkəzində imtahan verib. Sabah elə bu rayonlarda IX sininfdə oxuyan şagirdlər buraxılış imtahanları verəcəklər. IX siniflərində təhsil alan 25586 şagird 57 imtahan mərkəzində ana dili və riyaziyyat fənlərindən imtahan verəcək.

Qeyd edək ki, onbirincilərin buraxılış imtahanı ana dili, riyaziyyat, Azərbaycan tarixi, fizika, kimya, biologiya, coğrafiya və xarici dil fənlərindən aparılır. Şagirdlər 3 saat ərzində 120 test sualına cavab verməlidirlər. Bu sualların 17-si Azərbaycan dilinə, 8-i ədəbiyyata, 25-i riyaziyyata (o cümlədən, 17-si riyaziyyat, cəbr, cəbr və analizin başlanğıcına, 8-i isə həndəsə fənninə), 15-i Azərbaycan tarixinə və 15-I xarici dilə, 10-u fizikaya, 10-u kimyaya, 10-u biologiyaya və 10-u coğrafiyaya aiddir.

Sabah isə doqquzuncular buraxılış imtahanını ana dili və riyaziyyat fənlərindən verəcəklər. Onlar 1,5 saat ərzində 50 test sualına cavab verməlidirlər. Bu sualların 25-i ana dilinə, 25-i isə riyaziyyata (o cümlədən, 17-si cəbr, 8-i isə həndəsə fənninə) aiddir.

Qeyd edək ki, təhsil naziri Misir Mərdanov bildirb ki, fəlakət zonasının 8 rayonunun - Şirvan, Sabirabad, Neftçala, Salyan, Saatlı, Hacıqabul, Zərdab və İmişlinin su basmış məktəblərinin 9-cu və 11-ci sinifləri üçün buraxılış imtahanları ləğv edilib. Həmin məktəblərin buraxılış siniflərinin şagirdlərinin attestat və şəhadətnamələrə illik yekun qiymətləri yazılacaq.

Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI