Dünən günorta saatlarında öz iş otağında bıçaqlanan Salyan rayon İcra Hakimiyyətinin Salyan şəhəri üzrə nümayəndəsi Əlipaşa Abdullayevin vəziyyəti artıq normallaşıb. Bu barədə Modern.az-a onun yaxınları məlumat verib. Xatırladaq ki, Əlipaşa Abdullayev 59 saylı Salyan seçki dairəsindən deputat Əkrəm Abuddalevin qardaşıdır. Yaxınları bildiriblər ki, Əlipaşa Abdullayevin üzərində aparılan cərrahiyyə əməliyyatından sonra onun vəziyyəti yaxşıdır və artıq həyatına heç bir təhlükə yoxdur. Xatırladaq ki, Ə.Abdullayev döş qəfəsi və qarın boşluğundan 6 bıçaq zərbəsi almışdı. Hadisəni törədən RİYAD təhlükəsizlik xidmətinin Salyan rayon şöbəsinin rəisi İslam Rzayev saxlanılıb. Faktla bağlı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb. Modern.az